Küləkli hava fəsadlar yaratdı
Həmişə küləkli hava şəraiti olmamışdan öncə hidrometeoroloqlar əhaliyə xəbərdarlıq edir və bu barədə bütün qurumlara məlumat verilir. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi də təhlükəli hava şəraiti ilə bağlı insanları maarifləndirir və onları diqqətli olmağı bildirir.
Əfsuslar olsun ki, bu məlumatlara və xəbərdarlıqlara baxmayaraq , bir çox insanlar həmin günü deyilənlərə əməl eləmir. Belə ki, onlar güclü külək edərkən avtomobilləri hündür və qurumuş ağacların altında saxlayır, yüksək mərtəbəli binaların yanından keçərkən öz həyatlarını laqeyd yanaşırlar. Məhz bunun nəticəsidir ki, iyulun 26 və 27-də Bakıda güclü külək əsərkən bir neçə avtomobil aşan ağacın altında qalıb, binalardan düşən daş parçaları insanlar xəsarət yetirib.Həmin günlər neçə- neçə insan xəsarət alaraq müxtəlif xəstəxanalara yerləşdirilib.
Xoşbəxtlikdən ölüm hadisəsi qeydə alınmayıb. Bir faktı da xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları Bakıda qurumuş ağacları vaxtında mövcud olduğu yerdən götürməyib. Belə də olanda istər-istəməz bax qurumuş ağaclar güclü külək nəticəsində kökündən çıxır , avtomobilləri əzir, insanlara xəsarət törədir! Ona görə də belə ağaclar vaxtında həmin yerdən kəsilib götürülməli və mövcud təhlükə aradan qaldırılmalıdır!!!
Emil FAİQOĞLU


Bakı -°C

