adalet.az header logo
  • Bakı -°C
28 Iyul 2026 14:56
59
HADİSƏ
A- A+

Motosiklet az qalmışdı...

Bu barədə çox deyilib və çox da yazılıb. Amma təəssüf ki, heç bir şey dəyişməyib. Yol polisi az qala hər gün motosiklet, velosiped və skuter  sürənlərə xəbərdarlıq edir, onlar arasında maarifləndirmə işləri aparır, lakin yenə faydası olmur ki, olmur.

Bakıda və rayonlarda bu nəqliyyat vasitələrini idarə edənlər tez- tez qəzalar yaradır. Belə ki, onların əksəriyyəti yol hərəkəti qaydalarına əməl etmir, yolun əks istiqaməti ilə hərəkət edir, digər avtomobilləri sağdan və soldan keçirlər. Üstəlik də onlar bu nəqliyyat vasitələrini yüksək sürətlə idarə edirlər. Bir neçə gün bundan əvvəl biz Füzulidən Bakıya qayıdanda magistral yolunun Qaradağ rayon ərazisində keçən hissəsində motosiklet digər avtomobilləri ötüb keçir və yol hərəkəti qaydalarını tez-tez pozurdu.Bakı- Qazax  yolunun həmin istiqamətində sürət həddi saatda 90 kilometrdir. Ancaq sürücü motosikleti 120- i ilə sürürdü. Bu isə hər qəza deməkdir.Bütün belə hallar cəmiyyəti və yol  polisin çox narahat edir.

Çünki yol hərəkəti qaydalarının belə kobud surətdə pozulması həmin sürücülərin ölümü deməkdir. Bununla bərabər bu, həm də digər hərəkət iştirakçılarının da həyatını təhlükə qarşısında qoyur!!! Bu yaxınlarda səkidə hərəkət edən qonşumu az qalmışdı motosiklet vursun. Belə ki, sürücü motosikleti avtomobil yolunda deyil, səkidə idarə edirdi. Hadisələr göstərir ki, motosiklet, velosiped və skuter sürücüləri barədə daha ciddi tədbirlər görülməlidir. Çünki indiyə qədər görülən tədbirlər mövcud problemləri tamamilə həll edə bilməyib! Görünən odur ki, bu nəqliyyat vasitələrinin iştirakı ilə hər gün ağır qəzalar baş verir. Ona görə də birmənalı olaraq kompleksi şəklində həll edilməlidir. Ki, həmin sürücülər bir dərs alsınlar və başqalarının həyatı üçün təhlükə yaratmasınlar!!!

Emil FAİQOĞLU