Yaponiyada güclü zəlzələ - VİDEO
Yaponiyanın Kyusu adasının Kumamoto prefekturası ərazisində güclü zəlzələ baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Yaponiyanın milli meteorologiya idarəsi məlumat yayıb.
Bildirilib ki, adada 7,1, daha sonra isə 6,1 bal gücündə zəlzələlər qeydə alınıb. Yeraltı təkanlardan sonra təxminən 30 afterşok olub.
Əvvəlcə sunami təhlükəsi elan edilsə də, sonradan təhlükə ləğv edilib.
Təbii fəlakət səbəbindən azı 50 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Yeraltı təkanlar nəticəsində bir sıra yolların zədələndiyini, bəzi evlərin dağıldığı bildirilir. Hadisə ilə əlaqədar Yaponiya hökuməti yanında operativ qərargah yaradılıb.
Yerli meteoroloqlar yaxın bir həftə ərzində ölkə ərazisində güclü zəlzələlərin təkrarlana biləcəyi barədə xəbərdarlıq ediblər.
Digər Xəbərlər
28 Iyul 2026 15:36
ABŞ-da güclü qasırğa: 30 mindən çox ev işıqsız qaldı
28 Iyul 2026 12:44
BMT-də ABŞ-la Fransa arasında qarşıdurma yaşanır
28 Iyul 2026 12:27
Yanacaq çatışmazlığına görə fövqəladə vəziyyət elan etdilər
28 Iyul 2026 12:08
Sabiq prezident Rusiyada başqa adla yaşayır?
28 Iyul 2026 11:33
Tacikistanda hicab və saqqal qadağan edildi
28 Iyul 2026 11:26
Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər
28 Iyul 2026 11:13
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək
28 Iyul 2026 11:04


Bakı -°C

