Hacıqabulda maskalı şəxslər evə basqın edib
Hacıqabulda 3 nəfər maskalı evdən 13 min manat pul oğurlayıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, fevralın 13-də gecə saatlarında Hacıqabul rayonunun Qubalı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Kazım Fazil oğluna məxsus fərdi yaşayış evinə girən 3 maskalı şəxs ailə üzvlərini qorxudaraq mənzildən 13 min manat pulu götürərək qaçıb.
Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Digər Xəbərlər
01 May 2024 09:43