Günay Əfəndiyeva Dövlət Teatrlarının baş direktoru ilə görüşüb
Millət vəkili Günay Əfəndiyeva Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru ilə görüşüb
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru, tanınmış aktyor və rejissor Tamer Karadağlı ilə görüşüb.
Görüşdə Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin yalnız siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda mədəniyyət və incəsənət sahəsində də dərin köklərə malik olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan ilə Türkiyəni birləşdirən bağlar ortaq tarixin, dilin, folklorun, adət-ənənələrin sarsılmaz vəhdətidir.
Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan və Türkiyənin timsalında bütövlükdə Türk Dünyası eyni kökdən qidalanan böyük bir mənəvi coğrafiyadır.
Tərəflər teatr sənətini Türk xalqlarının qardaşlıq münasibətlərinin dərinləşməsində önəmli vasitələrdən biri kimi dəyərləndiriblər.
Görüş iki ölkənin dövlət teatrları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı qastrol səfərlərinin təşkili, birgə tamaşaların hazırlanması, aktyor və rejissorların mübadiləsi kimi məsələlər ətrafında müzakirələrlə davam edib.
Digər Xəbərlər
21 May 2026 11:18
Günay Əfəndiyeva: “Şəhər - tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir”
20 May 2026 11:08
Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır
15 May 2026 22:45
Arzu Əliyeva: "Hər dəfə izləyəndə gözlərim yaşla dolur" - VİDEO
15 May 2026 12:47
Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
15 May 2026 12:08
Nazir: "Azərbaycan toy adətləri beynəlxalq səviyyədə öyrənilən bir sistemdir" - VİDEO
15 May 2026 11:52
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
15 May 2026 11:44
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində
14 May 2026 12:40


Bakı -°C

