adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

GEDiŞ HAQQININ ARTIRILMASI üçüN TARiF ŞURASINA MüRACiƏT OLUNACAQ

11501 | 2007-04-28 04:27
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, yaxın günlərdə Bakı-Sumqayıt marşrutunda sərnişin avtobus daşımalarının tariflərinə yenidən baxılması üçün Tarif (Qiymət) Şurasına müraciət etməyi planlaşdırır.
   
   Nəqliyyat Nazirliyinin təkliflərinin detalları hələlik açıqlanmasa da, gediş haqlarının artırılmasının nəzərdə tutulduğu bildirilir.
   
   Xatırladaq ki, hazırda Bakı-Sumqayıt marşrutlarında Sumqayıt avtovağzalına qədər gediş haqqı 35 qəpik, Sumqayıt şəhərdaxili marşrutlarında isə 20 qəpik təşkil edir.
   
   
   
   

TƏQVİM / ARXİV