adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyul 2022 16:13
1019
ELM VƏ TƏHSİL

Fəlsəfi  yanaşma: Hüquq - azadlıq - ədalət və millilik...

Təbii hüquq sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə qarşı qoyulur.

Hüquq tarixinə görə, hüquq tarixi təkamülün üzvi tərkib hissəsidir və torpağa atılan toxum kimi o xalqın şüurunda yetişir, həmçinin adətlər, qanunlar şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir və onun necəliyini xalqın inkişaf tarixi müəyyən edir. Hüququn psixoloji məktəbləri isə hüququn meydana gəlməsini və fəaliyyətini cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin psixologiyası ilə izah edir. Ümumi yanaşsaq görərik ki, əgər hüquq sosial hadisədirsə, onda o da dövlət kimi müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur və sıx-qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Hüququn sosial əhəmiyyətinə diqqət yetirsək görərik ki, bu gün ictimai həyatda, hər bir insanın həyatında onun rolu çox vacib əhəmiyyət kəsb edir. Artıq məlum oldu ki, hüquq insanların davranışlarının ümumi tənzimləyicisidir və bu əlamətinə görə hüquq dövlətin, cəmiyyətin, təbiətin, insanların sağlamlığının, təhsilin, mədəniyyətin qorunub inkişaf etdirilməsində mühüm rol oynayır. Hüququn mahiyyəti və dəyəri, onun cəmiyyətdə vətəndaşların azadlıqlarının qorunması və inkişafı həmçinin qanunçuluq rejiminin bərqərar olunmasındakı rolu ilə müəyyənləşir. Hüquqdan kənar heç bir müsbət inkişaf mümkün deyil. Hüquq insanların mövcud davranışını ifadə etməklə yanaşı, ümumbəşəri dəyərlərin bərqərar olunmasına hərtərəfli imkanlar yaradır. Hüquq – azadlıqdır deyirlər. Fərdlərin azadlığı onların iradəsinin azadlığıdır. Aristotel, H.Hrotsi və ardıcılları hüququn iradi xarakterini iradi qaydalarda, Russo ümumi iradənin ifadəsində, marksistlər isə sinfi iradədə görürlər.

Bir də “insanlar bərabər olduqları qədər azad, azad olduqları qədər bərabərdirlər” deyirlər.

Hüququn dayandığı ədalət və qanun qarşısında bərabərlik prinsipləri antihüquq qanunların qəbulunu istisna edir. Bu prinsiplər, qanunun üstünlüyü prinsipi ayrı-ayrı adamlara fərqli yanaşmanı, hüququ hərənin öz arşını ilə ölçməsini rədd edir.

«Bəşəriyyət insan cəmiyyətini hüquqla idarə etməkdən yaxşı bir üsul tapa bilməyib, çünki , hamı üçün qəbul edilə biləcək ortaq mövqedir.»

«Böyük rus hüquq filosofu S .Alekseyev “xüsusi yol” azarkeşlərinə xatırladırdı ki, sizin nə qədər xüsusi yolunuz olsa da, o, hüquq yolu olmaya bilməz. Asiya və Cənubi Amerikanın təbii sərvətlər hesabına inkişaf etmiş dövlətlərinin iqtisadi yüksəlişi yolundakı çətinliklər və “tupik”lər məhz “xüsusi yol”un ümumsivilizasiya kriteriyaları və tələblərinə (hüquq və insan haqları) uyğun gəlməyən tərəfləri ilə bağlıdır.»

«Kanta görə, hüquq Tanrının yer üzünə bəxş etdiyi ən müqəddəs nemətdir. Kantın görmək istədiyi vətəndaş cəmiyyəti, hüquq cəmiyyətini yaratmamış və ya yaratmaq istəməyən hakimiyyətlər o filosofdan iki yüz il sonra ondan daha iki yüz il geri qalırlar.»

Çağdaş hüquq fəlsəfəsi hələ də antik dövrün ideyalarını (azadlıq, bərabərlik, demokratiya, hüquq dövləti və s.) dartışmaqla məşğul olsa da, bu ideyaları əsasən gerçəkləşdirə bilmiş dövlətlərin hüququ məhz o ideyaların gəlişməsinin sonucudur.

Quldarlıq hüququ, feodal hüququ, burjua hüququ, sosialist hüququ konkret və çox bəsit anlayışlardır. Bu prizmadan baxanda ayrı-ayrı ölkələrin qanunvericiliyinin mahiyyətini, bütövlükdə hüququn fəlsəfəsini anlamaq çətin deyil. Bu formasiyalarda hüququn mahiyyəti toplumun azadlıq səviyyəsi ilə, adətən, düz mütənasib olub.

Qədim və orta əsrlərdə insana verilən azadlığın dozası o qədər də ört-basdır edilmir – qulla quldar, feodalla təbəə faktiki olaraq nə qədər bərabərdirsə, hüquqları da o qədər bərabərdir və ya tərsinə.

Kapitalizm formal bərabərlik elan edərək nə qədər irəli gedirsə, hüquq da o qədər inkişaf edir. Hər halda Fransa inqilabı bərabərlik inqilabı sayıla bilər və bəşəriyyət onun nəticələrindən daha çox yararlanıb.

Bünövrəsi on altıncı yüzillikdə, əslində ondan da qabaq qoyulmuş hüquq dövləti ideyasını filosof, həkim Con Lokk və keşiş Monteskyö elan edərək bəşəriyyətə hələlik analoqu olmayan dövlətçilik idealları elan etdilər.

«Hakimiyyət və ya müxalifət olmasından asılı olmayaraq xalqın azadlıq və demokratiyaya hazır olmadığını iddia edənlərə Kantdan yaxşı cavab verən olmayacaq: “Hansısa xalq azadlıq üçün yetişməyib” ifadəsi yaxşı ifadə sayıla bilməz. Bu ehtimalla azadlıq heç vaxt gəlməyəcək, çünki insanlara azad şərait yaratmadan azadlıq üçün yetişmirlər.

Hüquq – dəyərdir (Kant). Əxlaq kimi. Onların qoruyucuları (hüquq sanksiyaları və qınaq) fərqli olsa da, onları birləşdirən məqamlar da var. Sanksiya da qınaqdır, qınaq isə əxlaq pozucusuna qarşı toplumun tətbiq etdiyi sanksiyadır. Bunların heç biri rolunu yetərincə icra etməyəndə toplum əxlaq və hüquq orientirlərini itirir. İdealda hər ikisinin işlək mexanizm olması gərəkir. Lakin qanunların icrasında əxlaq nə qədər gərəkli olsa da, hətta qanun qarşısında da dayanmayanı əxlaqın dayandıracağı illüziyadır. Həm də ona görə ki, əxlaq – toplumun könüllü tabeçiliyidir.

Kimliyindən asılı olmayaraq (dövlət (hakimiyyət), toplum, fərd), qanuna tapınmamaq əxlaqsızlıqdır.»

«Qəribədir, qanun qarşısında dayanmamaq, bəlkə də, məhz əxlaq problemindən qaynaqlanır. Hər kəsin daxilində bir əxlaq baryeri var və onu tapdayıb keçən güc qarşısında hüquq da acizdir. Əxlaqın dəyərlərinə sayğısız olanın hüquq dəyərlərini pozması elə də çətin məsələ deyil…

Hüquq – toplumun dəyəri olmalıdır. O, azad, ədalətli, demokratik seçki yolu ilə formalaşmayan hakimiyyətin dəyəridirsə, ona toplumun dəyəri kimi baxmaq olmaz. Bəzən məhz dəyərin qrup dəyəri olması toplumda ona qarşı laqeydlik yaradır. Məsələn, korrupsiya büdcəsini doldurmaq üçün xalqın həyat səviyyəsi ilə ayaqlaşmayan astronomik cərimələr müəyyən edən hüquq ədalətli deyil, hüququn prinsiplərinə ziddir, buna görə də toplumun qəbul etdiyi qaydaya çevrilmir. Təkcə zor gücünə icra etdirilən hüquq isə hüquq deyil. Dövlətin boynunda insanların layiqli həyat səviyyəsini təmin etmək öhdəliyi var. Köhnə və yeni dövlətlərdə indi “sosial yönümlü dövlət qururuq” çağırışları dəb halını alıb. Sosial yönümlü dövlət yeni ideya deyil.»

«Sosial rifah dövləti azad və bərabər hüquqlu subyektlərin dövlətidir. Bu baxımdan istənilən ölkənin gerçəkliyini görmək üçün onun Konstitusiya və qanunlarına, onların tətbiqi praktikasına, özəlliklə büdcə xərclərinə baxmaq yetərlidir. Sosial dövlət propaqandası ən tez ifşa olunan uğursuz siyasi kələkdir. Çünki onun gerçəkliyini toplumun çoxluğu öz dərisində daha tez hiss edir və ağrılı yaşayır.»

«Dövlət – hüquq hadisəsidir. Pozitiv hüquq onun məhsuludur. Dövlət qoyduğu qaydaları öncə özü dəqiq icra etməli, sonra bunu başqalarından tələb etməlidir. Qanunun üstünlüyü, bərabərlik, məsuliyyətin hamı üçün qaçılmazlığı prinsiplərini pozan, insan haqlarına sayğısızlıq edən dövlət toplumdan qanuna hörmət tələb etmək haqqını itirir. Formal olaraq bu haqqın əldə saxlanması güvənli perspektiv vəd edə bilməz.

Pozitiv hüquq – dövlətin qəbul etdiyi qanunlar yazılı hüquqdur. Toplum təkcə onunla idarə olunmur. Pozitiv hüquq institutlar sistemidir. Dövlət orqanları, dini qurumlar, vətəndaş cəmiyyəti təşkilatları pozitiv hüququn institutları kimi cəmiyyətin idarə olunmasında iştirak edir (etməlidir). Bu institutların fəaliyyətinin səviyyəsi, gücü, gerçəkliyi dövlətin demokratikliyinin əyani göstəricisidir.»

«Sonralar Kant, Hegel, Cefferson və başqaları hələlik analoqu olmayan bu ideyanı daha da inkişaf etdirdilər. İnsan hüquqları ideyası da, nəhayət, yeni nəfəs qazandı və gerçəkliyə çevrilməyə başladı.

Hüquq dövləti qanunun üstünlüyünə bağlıdır, qanunun üstünlüyü isə yalnız hüquq dövlətində, qanunun hakimiyyətinə dayanan hakimiyyətin bölünməsi şəraitində münkündür.

Hüquq – yüksək ümumbəşəri dəyərdir. Ona nəyin bahasına olursa-olsun hakimiyyət əldə etmə və onu qoruyub saxlamaq vasitəsu kimi baxmaq bu dəyərləriə nəinki ziddir, üstəlik, onların inkarıdır.»

«Təsadüfi deyil ki, hüquq fəlsəfəsinin atası Kant hüququ idrak hadisəsi sayırdı. Bizdə, üstəlik, qanunvericinin ləyaqətli şəxsiyyət olmaq problemi də var. Qanunverici olmaq hüququn hakimiyyətə deyil, insan azadlığı idealına xidmət etməli olduğunu dərk etməkdir.

İdealın nədirsə, məhsulun da odur.

Hüquq fəlsəfəsinə görə, hər hansı dövlətin qanunvericiliyində olan qadağalar, qısıtmalar və məsuliyyət müəyyən edən normaların icazəverici normalardan üstünlüyü (çoxluğu) o dövlətin totalitar, avtoritar və ya demokratik dövlət olmasının başlıca göstəricisidir.»

13(«Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır.

İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.»

«İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur:

«Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.»

«İnsan olmaq, mahiyyət etibarilə, hüquqlara sahib olmaqdır. Bu hüquq və azadlıqlar elə bir sosial-fəlsəfi kateqoriyalardır ki, insanın təbiətindən, yəni onun varlığından və özünüifadəsindən törəyir. Ona görə də, hər bir kəs öz hüquqlarını dərk etməli, bu hüquqlar haqqında müəyyən biliklərə malik olmalı, bu hüquqları həyata keçirmək üçün təcrübə və səriştə qazanmalıdır. Hüquqlarının təmin olunmasını tələb etməyən, onların reallaşmasına çalışmayan insan öz ləyaqətinə, mənsubiyyətinə, mənliyinə, əxlaqına yadlaşması və özgələşməsi ilə qarşılaşır. İnsan özündən asılı olmayan səbəblərə görə, hüquqlarını reallaşdıra bilmədikdə, yaxud hüquqlarının məhdudlaşdırılmasına və nəticədə, onların itirməsinə yol verdikdə, o, yaşamalı olduğu layiqli insan həyatından məhrum olunur. Bu, insanların şərəf və ləyaqətinə tam cavab verən və kamil bir həyatı ifadə edən, müəyyən qədər utopik çalarlar daşıyan insan hüquqları doktrinasıdır. İnsan hüquqlarının səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, insan heç vaxt malik olduğu hüquqlarla kifayətlənmir, daim siyasi və hüquqi mübarizə yolu ilə yeni hüquqlar əldə etmək niyyətində olur. Göründüyü kimi, insan hüquqları daim dinamikada olan, müdafiəsi üçün hüquqi təminatın yaradılmasını tələb edən, hamı tərəfindən etirafa iddialı olan fenomendir.»

«İnsan haqları ideyası formalaşdığı zamandan həm fəlsəfi, həm də hüquqi ədəbiyyatlarda rast gəlinən «təbii hüquqlar» anlayışı, heç də birmənalı anlaşılmırdı. Hələ XIX əsrin əvvəllərində ingilis liberalizminin banilərindən biri olan İyeremiya Bentam bu ifadəyə qarşı çıxaraq, «təbii hüquqların» hər hansı sosial kontekstdən kənarda cəfəngiyat olduğunu iddia edirdi. Sonralar Karl Marks bu fikri müəyyən qədər dəstəkləyərək, insanların ictimai münasibətlərdən təcrid olunmuş halda — «sosial mənada» qismində baxılmasını yanlış mövqe hesab etmişdir. Amerikanın tanınmış alimi Cak Donell insan haqlarının insanın təbiətinin, əxlaqının, həyat tərzinin, davranışının güclü təsirinə məruz qaldığını iddia edir. Ona görə, insan hüquqları ideyası insanın qabiliyyət və bacarıqlarını nəzərdə tutan sosial müstəvidir. Tədqiqatçıların bəziləri iddia edirlər ki, insan hüquqları ictimai praktikada reallaşarkən həm insanların ehtiyacları, həm də dövlətin maraqları təmin olunmalıdır. Belə təminolunma zamanı dövlətin atacağı addımların çərçivəsi və şərtləri insanın təbiəti, onun sosial mahiyyəti ilə müəyyən olunur».

«Müasir dövrümüzdə fəaliyyətdə olan «insan haqları» məfhumu müəyyən inkişaf yolu, keçərək müxtəlif beynəlxalq müqavilələrdə və dövlətlərin konstitusiyalarında möhkəmlənmiş və bu haqların müdafiəsi üçün təminat mexanizmləri və müvafiq qurumlar yaradılmışdır.»

«İnsan haqları ideyasının əxlaq normaları ilə əlaqələndirilməsi zəruri olsa da, bu normaların insan hüquqlarının ifadəsi üçün yetərli olmaması da bir reallıqdır. İnsanların yaşadıqları cəmiyyətlərdə və mənsub olduqları mədəniyyətlərdə əxlaq normalarının müxtəlifliyi insan hüquqlarının məzmununa da müxtəliflik qatır. Burada nəzəri təhlil əsasında insan hüquqları anlayışına daha müfəssəl şərh vermək mümkündür.

Əvvəla, sosial-siyasi müstəvidə insan mahiyyətinin araşdırılması ilə onun beynəlxalq hüquqi sənədlərdə müəyyən olunmuş hüquqlara iddiasına haqq qazandırmaq olar. Yəni insan, ehtiyaclı olduğu hüquqları reallaşdırmaqla, sosial-siyasi həyatda öz yerini tutur. İkincisi, insan hüquqlarının formalaşmasına təsir göstərən məqamların mahiyyətinin təhlili bu hüquqların hüdudlarını müəyyən etməyə imkan verir. Təbii ki, ictimai praktikada reallaşan insan hüquqları hər bir fərdə və hamıya şamil edildiyindən, bu hüquqların həm fərdlərə görə məxsusi, həm də hamıya görə ümumi cəhətləri üzə çıxır.»

«İnsan haqlarının subyekti kimi «insan» dedikdə, kimin nəzərdə tutulduğu məsələsi önəmlidir. İnsan hüquqları haqqında qəbul edilmiş bütün beynəlxalq sənədlərdə insan və insanlardan danışılır. Bu sənədlərin mətnlərindəki insan məfhumu fərdi nəzərdə tutur. Fərd dedikdə, kəmiyyətcə tək olan, hüquq və azadlıqlara malik və hüquqlardan istifadə edən, azadlıqlardan bəhrələnən şəxs başa düşülür. İnsanın fərd kimi qəbul edilməsi, bəzi çətinliklərin dəf edilməsinə şərait yaradır. Qeyd edək ki, fərd kontekstində insan haqlarının anlaşılması müasir dövrdə qərarlaşmış mövqedir. İlk zamanlar hüquq və azadlıqlarının subyektləri dedikdə, müxtəlif insan təbəqələri (sosial qruplar, kastalar, tarixi birliklər və s.) başa düşülür və məhdudiyyətlər müəyyən olunurdu. O dövrlərdə insan hüquqları müəyyən qrup insanlara şamil edilmiş, yalnız sonradan universallaşmışdır. Məsələn, Avropada ilk dəfə qəbul edilmiş 1215-ci il tarixli məşhur «Magna Carta Libertatum» («Böyük Azadlıq Xartiyası») Britaniya Krallığının fərqli silklərinə və təbəqələrinə ünvanlanaraq yazılmışdırsa, 1948-ci il tarixli «İnsan hüquqları haqqında ümumi Bəyannamə» bəşər nəslinin bütün üzvlərinə, hər bir insana xitabən yazılmışdır» İnsan haqlarına dair bu əhəmiyyətli müddəa insan haqlarından söhbət düşdükdə, bir qayda olaraq, ayrı-ayrı kollektiv hüquq daşıyıcılarından danışırlar — məsələn, uşaq və qadın, məcburi köçkün və qaçqın, əlil, təqaüdçü, ahıl və s. hüquqlardan. İnsan hüquqları dedikdə, konkret fərdlərin hüquqları başa düşülür. Biz, şübhəsiz, xalqımızın, qaçqınların, əlillərin və digər sosial qrupların hüquqlarını müdafiə etməliyik. Bu sahədə tələb olunan bütün işləri görməliyik. Ancaq bu problemlər digər normalar sistemi ilə tənzim olunur. İnsan hüquqlarının subyekti isə, ancaq konkret insan, fərd, vətəndaş ola bilər».

«Demokratik cəmiyyət və ya hüquqi dövlət dedikdə ilk öncə yada insan hüquq və azadlıqlarının müdafiəsi düşür. İnsan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən ən prioritet hesab edilən mövzulardan sayılır. Müstəqil Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib.»

«Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. H.Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsi, müdafiə olunması məhz ümummilli liderin adı ilə bağlıdır. H.Əliyevin Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi və demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün gördüyü işlər barədə çox fikirlər səsləndirilsə də, gənc nəslin onun fəaliyyətinə dair mütəmadi biliklər əldə etməsi bugünkü zamanımızın tələbidir. Çünki Azərbaycan məhz müstəqil dövlətimizin qurucusunun qoyduğu yolla prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, ardıcıl uğurlar qazanır.»

H.Əliyevin bu sahədə ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbuludur. 1995-ci il noyabrın 12-də xalq ümummilli liderin bu təşəbbüsünü dəstəklədi.»

«Beləliklə, keçmiş sovet konstitusiyalarından fərqli olaraq ilk dəfə konstitusiyamızda dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilib. Ümumiyyətlə, konstitusiyanın III fəsli (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra, konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Beləliklə, konstitusiyanın qeyd edilən normalarının təhlili göstərir ki, bu normalar hüquqi dövlət quruculuğu prinsipinin mahiyyətindən irəli gəlməklə cəmiyyətdə qanunun aliliyinə xidmət edir. Ölkəmizdə həmin vaxtdan başlayaraq, ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquq islahatı, həmçinin onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatı həyata keçirilməyə başlayıb. İlk dəfə olaraq üçpilləli məhkəmə sistemi yaradılıb.»

«Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib. Bu, ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı «İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «İnsan hüquqlarının müdafiəsinə dair» dövlət proqramı mühüm rol oynayıb» «Ulu öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də «İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında» qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafəsi sahəsində daha ciddi nailiyyətlə əldə edilməyə başlandı.

İnsan hüquq və azadlıqları, demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilən ən vacib məqamlardan biri də söz və mətbuat azadlığı, onun necə təmin edilməsidir. H.Əliyev vətəndaşların azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması, təbii ki, ümummilli liderin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə bu azadlıqları məhdudlaşdıran maneələr aradan qaldırıldı. Senzura ləğv edildi. 1998-ci il avqustun 6-da Heydər Əliyev «Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman imzaladı. Bu fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.»

«Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Məlumdur ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil»

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Məlumdur ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Ermənistanın Azərbaycana qarşı artıq on il davam edən silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız adi insan hüquqlarından məhrum edilmişdir. Vaxtilə ölkəmizdə insanların həyatını təhlükəyə məruz qoyan hərc-mərclik, qanunsuz silahlı birləşmələrin mövcudluğu, əhalidə qanunsuz silahların cəmləşməsi, terrorçuluq və mütəşəkkil cinayətkarlığın tüğyan etməsi insan hüquq və azadlıqlarının kütləvi surətdə pozulmasına gətirib çıxarmışdı. Bu vəziyyət Azərbaycan xalqını vətəndaş müharibəsi həddinə çatdırmış, milli dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu. Bu ağır sınaqlardan çıxmış Azərbaycan xalqı mətin iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək, bəşər sivilizasiyasının idealları olan azadlığı, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. «

Azərbaycan Respublikasının ərazi bűtövlůyůnůn pozulması,bir milyondan çox qaćqın və məcburi köçkűnlərin huquqlarının tapdanması ölkəmizdə dərin sosial-siyasi gərginlik yaratmaqla yanaşı insanların psixoloji durumuna mənfi təsirlər göstərdi.

Ancaq ictimai fikir heç vaxt bu ədalətsizliyə göz yuman beynəlxalq hűququn biganəliyi qarşısında məyus olmadı və qələbə əzmini itirmədi.

 Hər bir azərbaycan vətandaşı öz həyat fəlsəfəsində yalnız bir amalı formalaşdırmışdır ki,bu da heç vaxt ədalətsizlik qarşısında aciz qalmamaq və torpaqları azad edərək ədaləti bərpa etməkdən ibarət idi.

«Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2019-cu ilin oktyabrında Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında səsləndirdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı da xalqımızın güc və həmrəyliyinin rəmzi olan “Dəmir yumruq”un gerçək və real bir həqiqətə çevrilməsinin başlanğıc nöqtəsi oldu. “Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənin 30 ilə yaxın işğal altında saxladığı və xarabazara çevirdiyi yurd yerlərimizin azad edilməsinə nail oldu. Hərbi yolla, döyüşərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdi. Dünya Ermənistanın qarşısında yenilməz, müasir və çevik Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü. İllər boyu özünün deyil, yalnız himayədarlarının köməyinə arxalanan erməni hərbi -siyasi rəhbərliyi ağır məğlubiyyətə düçar oldu. Danışıqların 30 ilə qədər uzanması xalqımızın səbir kasasını daşırmışdı. “Dəmir yumruq” Vətən dərdinə son qoydu.

Azərbaycan öz Silahlı Qüvvələrinin gücü ilə ölü doğulmuş körpəni xatırladan Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin icrasına nail oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ”Azərbaycan respublikası BMT-nin Ermənistanın işğal edilmiş torpaqların azad edilməsi haqqında qərarını yerinə yetirdi.”» «Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Vətən müharibəsi günləri iki cəbhədə öz yumruğunu bayraq kimi yuxarı qaldıraraq həm döyüş meydanında, həm mediada qələbə qazandı. «Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı.”

Müharibə günlərində dünya birliyi Azərbaycan xalqının iradəsinin, ordumuzun sarsılmaz qüdrətinin, dövlət başçımızın müdrikliyinin və uzaqgörənliyinin şahidi oldu. Biz həm döyuş, həm də siyasət meydanında sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır.»

«Ali Baş Komandan dəmir yumruğunun gücünü və hikmətini xalqa belə açıqladı: «Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”

«Müharibədə qalib gəlmiş ordu həm də sülhün təminatçısı rolunu oynayır. Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın dövlət başçısı “Dəmir yumruq” fəsəfəsini dəmir məntiqlə daha qüdrətli Azərbaycan uğrunda diplomatik müstəvidə mübarizəsini əzmlə davam etdirir.»

Ədalətin və hůququn həyata keçməsi ůçůn ,,dəmir əl,,tətbiqi můtləqdir və haqlı olduğunu sůbut etmək ůćůn gůclů olmaq lazımdır.

Űmumilikdə belə bir qənaətə gəlmək olur ki,ədalətin sağlanması,hůquqların mexaniki olaraq həyata keçməsi ůçůn lazimi şűurlu insanlardan ibərət olan cəmiyyət formalaşmayıb.

Yaşadığımız dűnya hələ bəşəri dəyərlərə sahib deyil.Multikultural və qlobal təfəkkűrə sahib insanlardan formalaşmış cəmiyyətin formalaşması ůçůn öncəliklə bunun fəlsəfi anlamını şůurlara həkk etmək gərəkir. Söylənilənlərə ən yaxın xalq Azərbaycan xalqıdır. Qlobal, tolerant və gender bərabərliyi hůququna tarixən hörmət edən,altruist důşűncəli mənəviyyata sahib toplum ancaq Azərbaycan můhitində mövcud olmuşdur.

Görkəmli şair, maarifçi, ictimai-siyasi xadim, můtəfəkkir S.Rűstəmin bir beyt şeirində milli kimliyimiz tam əks olunub desək yanılmarıq…

Qanımızda dövr edən sədaqətdir, sədaqət,

Günəşdən də parlaqdır gözümdə bu həqiqət.

Dostuna, qardaşına təmənnasız məhəbbət,

Hörmət görmək istəyən Azərbaycana gəlsin!

 

Kərim Novruz

Ağdam rayon 95 saylı köçkün tam orta məktəbin direktoru