17 Iyul 2025 12:17
92
ELM VƏ TƏHSİL

Atestatla ali məktəblərə qəbul...

Bir çox Avropa ölkələrində, eləcə də qardaş Türkiyədə və Gürcüstanda atestatla müxtəlif ali məktəblərə abituriyentlər qəbul olunurlar.

Biz resbublakamızda isə abituriyent Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etməli, yetərli bal toplayandan sonra  tələbə adını qazanır. Ona görə də, biz ali təhsil almış tələbələrin sayında Gürcüstandan və Ermənistandan  geridə qalırıq.

Onsuz da bizdə ali məktəbi bitirən əksər məzunlar iş tapa  bilmir və gedib o məzun hardasa  restoranda, istirahət mərkəzlərində ya xidmətçi, ya da başqa bir işdə çalışırlar. Yəni onlar təyinat olmadığına görə işlə təmin edilmir.

Bir məzun Tibb Universitetində beş təhsil alır, amma onu yüzlərlə boş yer olan xəstəxanalara  işləməyə göndərmirlər. Deyirlər ki, gərək daha yüksək pillədə iki- üç il təhsil alasan. Hansı ki, rayon xəstəxanlarında yüzlərlə həkimə ehtiyac var.

Bax , bundan baş açmaq olmur. Bunlar hamısı aydındır. Aydın olmayan odur ki, yaxşı olar ki, bizdə abituriyentlər ali məktəblərə atestatla qəbul edilsin.  Valideynlər dağa - daşa düşüb , övladlarını xarici ölkələrə aparmasın və o pulu öz ali məktəblərə versinlər.

Qoy tələbələr xarici ölkələrdə olduğu kimi, 8-10 ilə məktəbi bitirsın. Əsas odur ki, savadlı mütəxəssis olsun və işlə təmin edilsinlər. Bizcə, bu barədə düşünməyə dəyər!!!

Emil Faiqoğlu