Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib - FOTOLAR
AHİK‑in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla birbaşa dialoq və əməkdaşlığı genişləndirmək məqsədilə növbəti regional görüşünü Mərkəzi Aran bölgəsində təşkil edib. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhərləri, həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən 520 ilk həmkarlar ittifaqı təşkilatının sədri iştirak edib.
Adalet.az xəbər verir ki, tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və komitənin digər məsul əməkdaşları qatılıblar. Araz Paşayev çıxışında AHİK‑in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu diqqətə çatdırıb və üzv təşkilatlar arasında həmrəylik prinsipinin Komitənin fəaliyyətində əsas xətt olduğunu vurğulayıb. O, birbaşa ünsiyyəti genişləndirməyin və ilk təşkilatlara sistemli dəstək göstərməyin prioritet olduğunu qeyd edib.
Tədbir çərçivəsində sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının müdafiəsi üzrə həyata keçirilən layihələr barədə təqdimatlar edilib. İlk təşkilat sədrləri ilə sual-cavab formatında müzakirələr aparılıb və səslənən təkliflər qeydiyyata alınıb. ETİHİ rəhbərliyi bu formatda regional görüşlərin ölkənin digər bölgələrində də davam etdiriləcəyini və üzv təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əsas məqsəd olduğunu bildirib.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkə üzrə 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı birləşdirir.
Digər Xəbərlər
19 Noyabr 2025 17:40
İşğaldan azad edilmiş 3 şəhər sel sularından mühafizə üzrə layihələndiriləcək
19 Noyabr 2025 17:15
"Onkoloji xəstələrin dərman təminatı lazımi səviyyədə deyil" - Deputat
19 Noyabr 2025 17:02
Hərbçilərin mənzillə təmin olunmasına ayrılan vəsait artırılsın - TƏKLİF
19 Noyabr 2025 16:05
"Neft gəlirlərinin azalması paytaxtdan bölgələrə qayıdış üçün fürsətdir" - Zahid Oruc
19 Noyabr 2025 11:22
"Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir" - DYP
18 Noyabr 2025 19:01
Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir
18 Noyabr 2025 15:46
Azərbaycanda xəbər saytlarına girişdə problem yarandı
18 Noyabr 2025 13:02


Bakı -°C

