"Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir" - DYP
Gün ərzində fasiləsiz yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin yollarda hərəkəti təhlükəlidir. Uzun müddət sükan arxasında olmaq yorğunluq yaradır, diqqəti zəiflədir və reaksiya vaxtını azaldır. Bu isə qəza ehtimalını kəskin şəkildə artırır. Belə halda nəqliyyat vasitəsinin idarə edilməsi həm sürücünün, həm daşıdığı sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükəyə çevrilir.
Adalet.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb. İdarə sürücülərin diqqətinə çatdırıb ki, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, sürət həddini aşmaq, zolaq dəyişərkən ehtiyatsız davranmaq və sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol vermək ağır nəticələrə gətirib çıxarır:
"Unutmaq olmaz ki, sükan arxasında verilən hər səhv qərarın arxasında insan həyatı dayanır. Hər bir sürücü istirahətini vaxtında etməli, diqqətini yalnız yola yönəltməli və nəqliyyat axınında təhlükə yarada biləcək davranışlardan çəkinməlidir.
BDYPİ bütün sürücüləri yollarda məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır".
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

