TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibb təhsili yox imiş
TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı məlum olub.
Adalet.az Teleqraf-a istinadla xəbər verir ki, Çobanlının rəhbərlik etdiyi departament ölkə üzrə poliklinikalar, ailə sağlamlıq mərkəzləri və Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fəaliyyətinə nəzarət edən ən kritik sahələrdən biridir.
Mövcud məlumatlara əsasən, Rəşad Çobanlı 2010–2015-ci illərdə peşəkar həkimliklə əlaqəsi olmayan, əvvəllər “sanfak” kimi tanınan ixtisas üzrə təhsil alıb. Yəni onun ali təhsili səhiyyə sahəsi ilə bağlı deyil. O, daha sonra “Linkedin” platformasında BDU-da magistr təhsilini tibb sahəsi üzrə davam etdirdiyini qeyd edib. Lakin bu, onun ən kritik səhiyyə strukturlarından birinə rəhbərlik etməsi üçün zəruri olan tibbi ixtisaslaşmanı əvəz etmir.
Açıq mənbələrə görə, Çobanlı MBA biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə və bir sıra beynəlxalq sertifikatlara sahibdir. Lakin rəsmi məlumatlarda onun tibbi sahə üzrə baza və ya rezidentura təhsilinə dair hər hansı qeyd yer almır.
Xatırladaq ki, Rəşad Çobanlı daha əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində vəzifə icra edib, ardınca TƏBİB-ə keçərək uzun müddətdir İlkin Səhiyyə Xidməti Departamentinə rəhbərlik edir və hazırda özünü “səhiyyə siyasəti üzrə konsultant” kimi təqdim edir.
Digər Xəbərlər
21 Sentyabr 2026 18:54
“Azərsun Holdinq” “Yaşıl dağ” aksiyasını dəstəklədi
21 Sentyabr 2026 16:09
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib
21 Sentyabr 2026 16:08
1840,3 ha ərazi minalardan təmizlənib
21 Sentyabr 2026 13:41
Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi
21 Sentyabr 2026 12:36
Pensiyaçılara ŞAD XƏBƏR
21 Sentyabr 2026 12:08
"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Komitə sədri tıxacdan danışdı
21 Sentyabr 2026 10:52
“Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
21 Sentyabr 2026 10:09


Bakı -°C

