İran ABŞ-nin esmineslərini vurdu
İran Oman dənizində ABŞ hərbi gəmilərinə xəbərdarlıq xarakterli raket və dron hücumu edib.
Adalet.az-ın xəbərinə görə, bu barədə İran ordusu bəyanat yayıb.
Qeyd edilib ki, “Qədir” tipli raket və yeni növ dronlar xəbərdarlıq məqsədilə ABŞ-ın Oman dənizindəki “DDG-103” və “DDG-87” adlı esminesləri istiqamətində buraxılıb.
Bildirilib ki, bundan sonra həmin esmineslər Hind okeanına doğru çəkilib.
Bundan başqa, ABŞ-a məxsus helikopterdaşıyan amfibiya tipli “Tripoli” gəmisi də Oman dənizini tərk edib.
İran ordusu ABŞ-ın “dəniz quldurluğuna” davam edəcəyi təqdirdə, gələcəkdə daha uzunmənzilli raketlərdən istifadə olunacağı ilə bağlı xəbərdarlıq edib.


Bakı -°C

