Ermənistan rəhbərliyi seçim etməlidir - Lavrov
Ermənistan rəhbərliyi ölkənin Avropa Birliyinə inteqrasiya prosesinin başlanması ilə bağlı qanun qəbul etdikdən sonra faktiki olaraq özü seçim məsələsini gündəmə gətirib və indi vətəndaşlara mümkün alternativləri izah etməlidir.
Adalet.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Ermənistan hazırda Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa Birliyi (AB) arasında “ya biri, ya digəri” məntiqi ilə üz-üzə qalıb.
O xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl xalqa alternativ təqdim olunmasının vacibliyindən danışıb və yekun qərarın Ermənistan vətəndaşları tərəfindən verilməli olduğunu bildirib.
“Əgər belə bir qanun qəbul olunubsa, deməli, sən artıq özün məsələni kəskin şəkildə qoymusan. O zaman gəlin dediyimiz sözlərə cavab verək və xalqa müraciət edək”, - Lavrov bildirib.
Digər Xəbərlər
18 Iyul 2026 17:12
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərləndi, 21-i uşaqdır
18 Iyul 2026 16:49
İranda ölən mülki şəxslərin sayı 50-yə çatdı
18 Iyul 2026 15:56
İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu
18 Iyul 2026 15:51


Bakı -°C

