adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Mart 2019 17:28
46961
LAYİHƏ

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar

Tarixin müxtəlif mərhələlərində, xüsusilə 1918-1920ci illərdə ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklər, kütləviqırğınlar, soyqırımlar haqqında danışılarkən, nədənsə daha çox Bakı ətrafı kəndlərdə,Quba, Şamaxı, Göyçay bölgələrində törədilənqırğınlardan söhbət açılmış, tarixçialimlər bu istiqamətdə tədqiqatlaraparmışlar.

Bunun nəticəsidir ki Qərbi Azərbaycanda,Naxçıvanda, Qarabağda xüsusilədə Zəngəzurda törətdikləri kütləvi qırğınlara azdiqqət yetirilmiş, az qala unudulmaq dərəcəsində gəlib çatmışdır. Bütün bunlaruzun illər məni narahat etmişdir. Əldə etdiyim məlumatları sistemə salmaq,hadisələrin canlı şahidləri olan el ağsaqqallarından eşitdiklərimi qələməalaraq müasirlərimizə və gələcək nəsillərə çatdırmaq qərarına gəldim.

Rusiyada hərhansı bir çevriliş olan kimi ermənilər ondanyararlanmağa çalışmış və istədiklərinə nail olmuşlar.

20 ci əsrin əvvələrində də ermənilər azərbaycanlılarıməhv etmək məqsədiylə nizami ordu yaratmağı qərara aldılar. 1917- ci ilin mayayında Rusiya müvəqqəti hökümətinin başçısı Koreniskinin yanına adam göndərib xahiş etdilər ki, rus ordusunda olan erməni əsgərvə zabitlərinin buraxılmasına icazə versin. Həmin əsgər və zabitlərin köməyi iləyerli ermənilərdən könüllülər toplayıb türklərəqarşı vuruşan ordu yaratsınlar. Onlar Kerenskinin həm də silah-sursat istədilər. Rusiya müvəqqətihökümətinin başçısı ermənilərin bütün tələblərini yerinə yetirdi. Ürəklənən ermənilər35 min nəfərlik qoşun korpusu yaratdı. General T. Nazaryan ümumi komandir təyinedildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsüaparıldı. Hansı diviziya hansı bölgələrdə yaşayan azərbaycanlıları məhv etmələriplanlaşdırıldı. General Andranik OzanyanNaxçıvan, Zəngəzuru və Qarabağın dağlıq hissəni, General Arışyan, Dro Qanayan, Nişde Qarağın(onlar 1905-ci il erməni-müsəlman davasında Sisiyanda Qəzər Ştepanyansın dəstəsindəazərbaycanlıllara divan tutublar). Irəvan, Irəvan ətrafı, Zəngibasar, Eçnuədzin,Qurudüzlü və Vedibasar rayonunun aran hissəsində, Qəmərli, Dərələyəz bölgələrində, Polkovnik Silikov-Silikyan Göyçə gölü ətrafıbölgələrində yaşayan bütün Azərbaycanlıları qırıb məhv etməli idi.


GeneralArışyanın, Dro Qanayanın diviziyası İrəvan və şəhərətrafı azərbaycanlılarıqırmağa başladılar. Irəvanda yaşayan azərbaycanlıları ermənilər qapı-qapıdüşüb, qapını sındırıb, kişiləri bir tərəfə, arvad-uşaqları o biri tərəfəaparırdılar. Kişiləri güllələyirdilər.

İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqqdünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən:

-Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacınınbaşına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür birağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra erməniləronları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurubyandırdılar. Arvad-uşağın çığırtısı bütün dərəni götürürdü. Damlar yanır yanğınsönənə qədər inilti, sızıltı səsi kəsilmirdi. Bu qəddar diviziyanın əsgərləriİrəvan ətrafı rayonlarının- Vedibasar, Zəngibasar, Qəmərli, Qurtqulu kəndlərininəhalisini qırmış, evləri yandırmışdılar. Qəmərli rayonunun 28 azərbaycanlı kəndi–Cigdamlı, Ağhəmzəli, Sabunçu, Məsimli, Cənnətli, Seyidlər kəndlərinin camahatını ermənilərqırmış, damlara yığıb yandırmışdılar. Dro Qanyanın dəstəsi Axta rayonunun Təkərli,Dərəçiçək, Gümüş və başqa bir neçə kəndin camaatını qırmış, bir hissəsinidağlara qovmuş, onlar da dağda borana düşüb qırılmışdılar. Kənəkir rayonunun 40kəndini elə qırmışdılar ki, bir nəfər də sağ qalmamışdı.

Hüseyn Abbasoğlunun söhbətindən:

-İrəvandakı qırğın zamanı şəhərin bütün adamlarıqaçıb Göy məscidə Allah evinə dolmuşdular. Uluxanlı kəndinin camaatını Dəvəli stansiyasından Azərbaycana gedənqatarın 4 vaqonuna doldurub elə orada da hamısını qırmışdılar. Qəbirstanlığa gələnmeyidlər şişib qoxmuşdular. Onların basdırılmasını Iran konsulluğu təşkil etdi.Bu qırğınlar Dərələyəzin Paşalı, Kotanlı, Her-her, Bulaqlar, Daylaxlı, Çaykənd,Terp, Köşbək, Cul, Komur, Safoylu, Həsənkənd, Sallı, Qışlaq, Hors, Ələyəz,Qovşuq, Ayısəsi, Qabaqlı, Qaraçay, Alxan və başqa kəndlərinin əhalisini Dro vəQaragen Nijdehin adamları damlara doldurub yandırmışdı. Onların var-yoxunutalan etmişdilər.

-Dronun quldur dəstəsi Dərələyəz zonasında 50-dənçox azərbaycanlı kəndini viran qoymuş, əhalisini qırmış, damlara doldurubyandırmışdı.

Göyçə mahalına hücum edən Silikov-Silikyan Basarkeçərrayonunun Çamırlı, Tikpilləkən, Alagöllər kəndlərinin əhalisini yandırıbqılıncdan keçirəndən sonra Zood kəndininhörmətli ağsaqqalı Səməd ağadan erməni ordusu üçün 100 xalvar (bir xalvar 25pid taxıl tutan ölçü qabıdır) taxıl tələbedir. Səməd ağa bu tələbi rədd edir. Ermənilərhücum edib kəndi yandırır, əhalisini qırırlar. Səməd ağanı diri tuturlar, gündə2 dəfə çılpaq kürəyinə qaynar samovar bağlayırlar. əslən Şamaxılı olan daşnakAğacanyan Səməd ağanı aparıb çayın qırağında güllələyir və Kərkidaş kəndininaltında olan qayanın dibində basdırır.

Çamırlı kənd sakini İmanqulu kişinin dediklərindən:

-1918-ci ildə qışın lap qarlı-boranlı günlərində 6nəfər erməni gəlib dedilər ki, bütün kişiləri pristav çağırır. Ev-ev bütünkişiləri yığdılar. Mən bizim evin yanında olan zağada gizləndim. Aparılan kişilərdənxəbər çıxmadı. Sonra ermənilər gəlib qadınları-uşaqları damlara doldurubyandırdılar. Basarkeçər rayonunda 40-dan çox azərbaycanlı kəndi varidi.Silikov-Silikyanın quldur dəstəsi Çamırlı, Mollalı, yuxarı Zağalı, Qızılvəngkəndlərini talayıb, əhalisini qırıb, qadın, uşaq, qoca, cavan hamısını damlaradoldurub yandırmışdılar. Basarkeçər rayonunun Atdaşı, Yanıx, Xartdıq, QızılXaraba kəndlərinin heç yana çıxış yolu tapmayan əhalisi Gözəldərə dağına üztutdular hamısı da dağda borana düşüb qırıldılar. Daşnak Silikyan əsgərlərinəxüsusi tapşırırdı:- Patronlara qənaət üçün döyün, qovun dağlara qoy dağlardaqırılsınlar meyidlərini qurd-quş yesin.

Göyçə gölü ətrafında olan kəndlərin əhalisini, Bəyazıtrayonunun əhalisini qışın oğlan çağında qayıqlara doldurub, gölün ortasında gölətöküb qırmışdılar. Həmin qırğınlarda iştirak edən A. Papyan ermənilərə fəxrlədeyirmiş:

-Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları,azərbaycanlıları qırıb tökdüm, hərdən adamın gülləyə heyifi gəlirdi bu köpəklərəqarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuyadoldurub üstlərindən ağır daşlar tökdürürdüm. Onlardan heç biri sağ qalmazidi.

Erməni akademiki Ohanesyanın yazdığına görə 18-ci əsrinsonunda İrəvan şəhərində yaşayan əhalinin 75% azərbaycanlılar, 25% isə erməni və qeyri millətlər olmuşdular. 1770-ci ildətikilmiş Göy məscid indi də evlərin arasında qalır.

Erməni tarixçisi Hrand Mardrosyan yazırdı: -1829-cuildən 1899-cu illərdə kənd və şəhərlərin adı 95% azərbaycanlı adı olmuşdu.1918-ci ildə Qərbi Azərbaycanın 575 min azərbaycanlı əhalisindən 1920-ci ilinnoyabrında burada ancaq 12min azərbaycanlı qalmışdı. 563 min soydaşlarımız ermənivəhşiləri tərəfindən məhv edilmişdi.

Nəhayət "Daşnaksütyun” partiyasının tapşırığı iləAndronik Tarosoviç Ozanyan Naxçıvanı, Zəngəzuru və Qarabağı ələ keçirməli idi.Nəticədə onlar Bərdədə görüşməli idilər.

AndronikTarosoviç Ozanyan kimdir?

Elə birbaşa quldurbaşı, qəddar, vəhşi, amansız desəmyanılmaram.

O, 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığındaŞahtah qəzasında dünyaya gəlib. Gəncyaşlarında eyş-işrət içərisində yaşayıb hələ 16 yaşında quldurluğa vəterrorçuluğa meyilli olub. Öz xasiyyətində dığaları başına yığıb küllü miqdardamal-qoyun aparıb, insanları qətlə yetirib vəonlar arasında ədavəti qızışdırıb. Dişini Avropa dövlətlərinə, türkdünyasına qıcayan, ələxsus Qara dənizə göz dikən rus çarı özgə torpaqlarda gözüolan quldur dəstəsinə quldur, daşnak lideri Andronik Tarosoviç Ozanyanı daqoşub. Özündən güclüyə quyruq bulayan Andronik özünü fəal göstərdiyi üçün çarhökuməti bildirir ki, Andronik kimi oğulları olan xalqa hər şey, hətta "BöyükErmənistan”ın gələcək hökümdarı olmaq da halaldır. Deməli erməni quldurları rusçarına sədaqətlə qulluq edəcək olsa, əvəzində türkiyənin şərqi-Ərzurum,Sarıqazamış, Qars və Vangölü, Azərbaycanın qərbi-Uluxanlı, Vedibasar, Qəmərli,Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib "Böyük Ermənistan”yaradacaq və Andronik Tarosoviç Ozanyan da oranın hökmdarı olacaq.

Lakin həm erməni quldurlarının, həm də çarın "BöyükErmənistan” yaratmaq arzuları gözlərində qaldı. Avropa dövlətlərinin xüsusi ilədə İngiltərənin işə qarışması nəticəsində Əbdülhəmid bu fürsəti əldən vermədənTürkiyə hüdudlarında fəaliyyət göstərən bütün erməni quldur dəstələrinidarmadağın edir, Andronikin qulağını kəsir. Amma iki fahişənin fəallığı və erməniqayğısı ilə Andronik türklərin əlindənqaçıb qurtarır. (Babam Kərbalayı İsgəndər danışırdı).

Türk əsgərlərinin erməni qızları özlərinə aşiqetmişlər. Həmin fahişələr əsgərlərin danışığından mətləbi tuturlar, Andronikinyerini öyrənirlər və qaravulçuları ələ almaqla, yumşaq yerlərini onlarınqucağına qoymaqla, Tayqulağı azad edirlər. Andronik əvvəl Bolqarıstana qaçır,1912-14-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddər silahsız,dinc türk əhalisinə divan tutur. 1914-15-ci ildə Tiflisə gəlir, türklərə qarşıvuruşmaq niyyətində olduğunu bildirir. Həmin vaxt ruslara Andronik kimi quldurhava və su kimi lazım idi. Türkiyə ərazisində erməni könüllərindən ibarətrusların hazırladıqları 4 korpusdan birini quldurbaşı Andronik Ozanyana həvaləedirlər. Erməni könüllüləri rus ordusu ilə çiyin-çiyinə Türkiyənin Van, Qars,Sarıqamış və Ərzurumda vuruşur və türk əhalisinə divan tuturlar. Lakin busavaşda da məğlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökümətinindevrildiyini general Baratovun geri çəkildiyinigörüb rusların silah-sürsatlarını oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoyşəhərini, Cənubi Azərbaycanı, Culfa şəhərini keçərək Naxçıvana basqın edir. S.Şaumyanla əlaqı yaradan daşnak Andronik "Daşnaksütyun” partiyasının "Böyük Ermənistan”yaratmaq planı ilə tanış olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, "MəniNaxçıvana rəhbər təyin ediblər” Andronik S. Şaumyanın göstərişi ilə Naxçıvan əhalisindənbütün silahları yığır. Onun bu hərəkətləri, fəallığı S.Şaumyana xoş tədirbağışlayır və Androniki "xalq qəhrəmanı” adlandırır. O, bolşevik lideriV.İ.Leninə belə bir teleqramma vurur:

"Andronik Ozanyan Naxçıvanda Şura hökümətini qurur.Ona əlavə kömək lazımdır”.

Teleqramma V.İ.Leninə çatar-çatmaz daşnak "əlavəköməyi” təşkil edir.

1918-ci ilin mart ayının 10-da Qərbi Azərbaycanın Ləmbəlibölgəsindən olan milis (polis) işçisi Mustafa Əfəndiyev İrəvandan Naxçıvana gedənqatarda yoxlama apararkən xeyli silah-sursat-60 plemyot, saysız-hesabsız patronaşkar edir. Burada atışma başlayır, ölən və yaralanan olur. Mustafa Əfəndiyev həbsolunur və onun taleyi bu gün də məlum deyil. Şaumyan daşnağın qeyd etdiyi "Əlavəkömək” azərbaycanlıları qırmaq üçün Andronikə göndərilən silah-sursat idi.Şaumyana belibağlı olan quldur Andronik öz qoşunu ilə Çənnəb, Aza, Yayıcı,Camaldin, Əbrəqunis, Ərəzin, Çeşməbasar kəndlərini talan edir, od vurubyandırır, əhali dədə-baba yurdundan didərgin düşür. Evlər, məscidlər, örüşlər,yamaclar, zəmilər odlara qalanırdı.

Əbrəqunis kəndində yaşayan İslam Qurbanovun 1965-ci ildə mənə danışdıqlarından:

-Kəndlərimizə basqın edən erməni quldurları dinc əhalimiziqılıncdan keçirir, qadınların bətninə nizə soxurdular. Bir az üzdə olanadamların, el qəhrəmanlarının boyunlarını vurur, başlarını dərə aşağı diyirləyirdilər.Süleyman adlı Ordubad rayonun Tivi kəndindən bir qoçaq adam əmələ gəlmişdi.Adına Qaçaq Süleyman deyirdilər. Qaçaq Süleyman qorxu bilməz oğullardan 25 nəfərbaşına yığıb dəstə düzəltmişdi. Onlar ermənilərin kəndlərə soxulan quldurlarınadivan tutur, silahlarını ələ keçirirdi. Qaçaq Süleymanın dəstəsi Andronikinqoşununa xəlvəti zərbələr endirir, say-seçmə adamlarını dənləyirdi. QaçaqSüleymanın dəstəsi Tivi dağlarının ətəklərində Bülöv kəndindəki Babək qalasındaqalırdı. Androniki təqib edən Əbdülhəmidin əsgərləri Xoy Maku istiqaməti ilə irəliləyərəkƏrəblər, Şahtaxtı ərazisindən Araz çayını keçib Düzdağ təpələrindən daşnaklarıtop atəşinə tuturlar. Mərmilərdən biri düz Andronikin qərargahının yanınadüşür. Türk qoşunun zərbəsini görmüş Andronik öz əsgərlərinə qaçmaq komandasıverir. O, çox vaxt erməni dilində danışırmış. "Ara, Şudara paxenq, torkeriyeqab” (Ədə, tez olun qaçaq, türklər gəldi.) O, ildırım sürəti ilə dağıara çəkilir.

Bu quldur dəstə Sisiyan mahalına çəkilərkən Ordubadrayonunun dağ kəndlərindən keçməli olur. Tivi, Bist, Ələhi, Nəsiraba, Bülöv kəndlərindənkeçib Qıpıcıqdan Zəngəzura aşmağa tələsən quldur Tividə bir tələ qurur. O, öyrənirki, Tividə Qaçaq Süleymanın "dostu” Hayrik adlı erməni yaşayır. Andronikhayriki ələ alır. Bir atalar sözü vare, "İt itin ayağını, bastamaz. O it, oitin dayısı, haya gedər hamısı!” məsələni elə qurur ki, Hayrik qonaqlıq təşkiletməli və Süleymanı qonaq çağırmalı olur. Həmişə bizim el qəhrəmanlarını QaçaqNəbini, Babəki, Qaçaq Qardaşxanı, Keçili Qaçaq Təhməzi xəyanətlə güdaza verənerməni olmayıbmı? Indi də belə deyilmi?

Yeni-yeni böyük cinayətləri bu gün törədən anasıerməni milliyətindən olan "qan qardaşlarımız” deyilmi? Nə isə Hayrikin vasitəsiyləQaçaq Süleyman başının dəstəsi ilə Andronikin toruna düşür. Andronikin göstərişiilə Süleyman və onun dəstəsinin boynu vurulur başları dərənin dibinəyuvarlanır. Andronikin quldur dəstəsi Naxçıvanı tərk edərkən Naxçıvanda 11 kəndi,Ordubadda 9 kəndi, Culfada 3 kəndi viran qoymuş, Sirap dərəsində sığınacaqtapan 20 min əhalini cinsinə, yaşına fərqinə varmadan güllələmiş, Yayıcı kəndin2500 nəfər əhalisini qılıncdan keçırıb meyidləri Araz çayına atmışlar. ÜmumiyyətləNaxçıvan bölgəsində Süleyman kimi Kəblalı xan, Cəfərqulu xanın oğlu, Kəngərli,Salmanın oğlanları, Əliciqusun oğlu Həsən, hambal Hüseynin oğlanları kimi el qəhrəmanlarıolmasaydı, türk ordusu gəlməsəydi daha böyük dəhşətli faciələr olardı:

Mirzə Cabbar Baxçabanın dediklərindən:

-"1918-ci ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlıkəndini dağıdıb, 300 mindən çox insanı qətlə yetirmişlər. Fəlakətlə, ölümlə üzləşənazərbaycanlılar ev-eşiklərini atıb xiyabanlara, dağlara qaçmışdılar. MənNoraşen kəndində ailə üzvlərimlə bir tövlədə bir köynəkdə, alt paltarındaqalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həminvaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Andronikin göstərişi ilə adamlarındiri-diri dərisini soyurdular. Kütləvi sürətdə əhalini qırırdılar. Iran azərbaycanlılarıNaxçıvana köməyə gəlmək istəyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyəqoymur, qabaqlarını alırdı”.

Andronik Ozanyan Naxçıvandan Zəngəzura aşandaQızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itkiverir. Silah yüklü üç at dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğluQuşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanıömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edib.

Andronik Zəngəzura aşandan sonra azərbaycanlılaryaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərin yaşlı adamları danışırdılar-Bazarçay boyunca yerləşən kəndləri Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər,Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli,Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı kəndlərinixaraba qoyub əhalini qırır.

Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini xarabaqoyub, əhalini qırıb. Ağdü kəndində 400 nəfər tutan məscidə adamları yığıbbütün çıxışları bağlayıblar. Qızmış buğaların üstünə neft töküb od vurub içəriburaxıblar. Buğalar adamları dırnaqları altına alıb şilküt edib. Sonra qəddarermənilər məscidin damını söküb içəriküləş doldurub od vurublar, məscidin küncündə, bucağında qalanlar da tüstüdənboğulub ölüb. Bakı-Şamaxı senarisi kimi insanları ən çox Allah evlərində-vəscidlərdəməhv ediblər. Andronikin quldur dəstəsi törətdiyi vəhşilik nəticəsində xaraba kəndlərinkalafalarında qazıntı aparılarkən vəhşicəsinə öldürülmüş insanların qol, bud,bazu, kəllə sümükləri çıxırdı. Əcdahı dərəsinin, Mırığın, Aylığın mağaralarıkahaları, qayaların araları insan sümüyü ilə dolu idi.

Şükar kəndindən Abbas kişinin 1967-ci ildə mənədediklərindən:- "Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. BacılarımGövhər və Nigar kənddə qalmışdılar. Gövhər qonşumuz Tağının oğlu Eldənizəadaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməniəlinə keçməməsi üçün onları öldürmək fikrinə düşür. Elə də edir. Gavur əlinədüşməsin deyə övladlarını özü vurur. Eldəniz də nişanlısını aparmağa gələndəquldur dığalar onu qamarlayıb tuturlar və belə şərt qoyurlar:

- Get nişanlın Gövhəri gətirver bizə, səni buraxaq.Eldəniz onlara ağır sözlər deyir. Dığalar onu aparıb "Toxluqayanın” dibindədoğrayırlar. Atam Şamil ermənilərə əsir düşür. Onu Qarakilsənin həbsxanasındasaxlayır, işgəncə verirlər. Arsen adlı erməni atama zülm eləyib. Ətlə dırnağınarasəna iynə yeridib, barmağını qapınınarasında qoyub sıxır, sol ayağını nallayır, qaçaqların yerini ondan öyrənməkistəyirlər. Atam onlara sirr vermir. Axırda atamın sağ baldırının dərisinisoyur, yerinə duz səpir həməyir keçilərə yalatdırırlar. Sonra aparıb "Göyuçqun”qayasından atırlar.

Təxmini hesablamalara görə quldurlar kəndimizdən 2min baş qoyun, 975 baş qaramal, saysız-hesabsız dana-buzov aparıblar. Vəhşi ermənilərzəncirli itləri, hörüklü atları öldürməyiblər ki, türklərə məxsus olanheyvanlar işgəncə ilə ölsünlər: 377 nəfəri qayadan töküb qırırlar. Andronikinquldur dəstəsi 1918-ci ildə Ağdü kəndinin 1122 nəfər əhalisindən 824 nəfərini vəhşicəsinəməhv etmişdilər. Ümumiyyətlə Zəngəzur qəzasında erməni hərbi birləşmələri1918-ci ildə azərbaycanlılar yaşayan 115kəndi məhv etmiş, 7729 nəfər azərbaycanlıları, o cümlədən 3257 kişi, 2276qadın, 2196 uşağı vəhşicəsinə öldürmüşdülər.

Andronik Zəngəzurun qərbini talan etdikdən sonra1918-ci ilin payızında Tat kəndinə hücum edir. (Tat kəndi Laçın rayonunun ərazisindədir.)Andronikin vəhşiləşmiş dəstəsi kəndi mühasirəyə alır. Quldurbaşı üzünü özü kimiqaniçən, qəddar, başkəsən dığalar tutar”.

-Qaytaqanlar (qaçqınlar)! Mən sizin vəziyyətinizibilirəm yeməyə çörəyiniz, əkməyə torpağınız, yaşamağa ev-eşiyiniz yoxdur. Sizvar-yoxunuzu Ərdahanda, Vanda, Ərzurumda, Qarsda, Sarıqamışda qoyub gəldiniz. Mənorda sizin qisasınızı türklərdən ala bilmədim, lakin bu Zəngəzurda yaşayantürklərə aman yoxdur. Gərək daş-daşın üstündə qalmasın. Bir erməri ölsə, 10türk ölməlidir. Tat kəndi bizim əlimizdədir. Bu kənddən bir nəfər sağçıxmamalıdır. Tat kəndinin 2859 nəfər əhalisi erməni quldurları tərəfindənağıla sığmaz işgəncə ilə qətlə yetirilib. Tat kəndində törətdikləri dəhşətlifaciəni ağılasığışdırmaq olmur. Azyaşlı uşaqların başını kəsib, qanını xüsusiqablara yığır, ürəkləri soyumaq üçün qədəhlərə süzüb içirmişlər. Sonra kəndinadamlarını əsasən qadınları, uşaqları samanlığa doldurub diri-diri yandırıblar.Tat kəndində hamilə qadının qarnını yırtaraq körpəni yanan təndirə atıblar.

Körpə uşaqları buqadları qələm vurulmuş ağaclaraqarnı üstə keçirib, onların ağlamasından həzz alırmışlar. Andronik Ozanyan qəlbiyerdə oturub meydanda lüt kürəklərinəqaynar samovar bağlamış adamların hərəkətlərindənləzzət alırmış.

Daşnak Tayqulaq Zəngəzur mahalının qərb hissəsiniişğal edəndən sonra Qarabağa keçmək eşqinə düşür. Yerli erməni nankorlarınınköməyi ilə heç bir maneyəyə rast gəlmədən Minkənd-Şəlvə-Murovdağ istiqamətindəQarabağa keçmək qərarına gəlir. Xülasə, yerli daşnak törtöküntüləri Androniki başasalırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələr ancaq yaydaolurlar. Onlar quyruq doğan kimi dəvələr ağzı arana yatanda barxanasınıbağlayıb və köçürlər. Onların nəzərdə tutduqları maneyə Kürdüstanın bəyi-Soltanbəy Soltanov idi. Yediyi çörəyi itirən dığalar Androniki tamam arxayın salırlarki, Soltan bəyin böyük təsərrüfatı var, başı qarışıb təsərrüfata. Bəli,Andronik hərbi sursatını gətirib yığlr Qaragölün ərtafına, gözləyir elyaylaqdan üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinəyetirmək idi.

Qışda ovçular dağlara çıxırdılar. Onlar ayı, maral,ovlayırdılar. Şəlvədən ovçu Qaraş, ovçu Soltan ovçuluqdan tanındıqları üçünonlara ovçular deyirdilər. Ovçular Qaragölün həndəvərində hərbi sursatı görüb şübhələnirlər.Ovçular ov etməkdən vaz keçib özlərini çatdırırlar Soltan bəyə:

-Bəy, başın qarışıb təsərrüfata düşmən gəlib oturubçənənin altında. Onlar gördüklərini yerbəyerdən Soltan bəyə çatdırdılar. Soltanbəy qəzəblənir və deyir:

-Mən bu dağlarda elə bir tufan qopardım ki, onundalğası bütün Zəngəzuru bürüsün.

Qısa arayış: Soltanov Soltan bəy 145 il bundan əvvəl1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Kürdhacı kəndində) anadanolmuşdur. Atası Paşa bəyin, babası qatırçı Muradın var dövləti adla deyilərmiş.Paşa bəy bədahətən şeir deyən, müdrik el ağsaqqalı, müdrik kəlamlar işlədəndünya görüşlü adam olub. Soltan bəy ilk təhsilini Şuşada, Tiflisdə sonraSankt-Peterburqda mükəmməl təhsil almış, hərbi akademiya bitirmişdir. Soltan bəyinməzarı hazırda Türkiyənin Köçqoy kəndindədir. Soltan bəy Zəngəzurun, ümumilikdəazərbaycanın igid oğludur.

Təsərüfatı çox sevdiyindən orduda xidmət etməyib gəliböz doğma kəndində böyük pendir zavodu tikdirib və zavodun avadanlığınıAlmaniyadan gətirib. Zavodda hasil olan məhsul-yağ, pendir, xama, qaymaq bütünŞərqdə məhşur imiş. O, Avropa və başqa Şərq dövlətləri ilə ticarət əlaqələrinəgirir və rus ordusunu yağ, pendirlə təminedir.

Bu bəd xəbəri eşidən kimi Soltan bəy qüvvələri səfərbəredir. Işi belə görən Andronik Soltan bəylə sazişə girmək fikrinə düşür. Dinxadimlərinin toxunulmazlığından istifadə edən daşnak Andronik keşiş MesropuSoltan bəylə görüşə göndərir. Soltan bəy yad adamlarla pərdə arxasından söhbətedərmiş. Keşiş Andronikin göndərdiyi məktubu Soltan bəyə təqdim edir.

Məktubun məzmunu belə olur:

"Soltan bəy,bizim Şuşa yürüşümüzün təhlükəsizliyini təmin etsəniz, Abdallaroylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyiniz qədər qızıl verərəm.Hörmətlə: Andronik Paşa”.

Soltan bəy ağıl dəryası imiş. O, keşişə deyir ki, elə cavab məktubunu da özün yaz. Yaz ki,türk hərbi adı "Paşa” sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isəeşitdiyimə görə ermənisiniz. Və onu da bilməlisiniz ki, bu yurdun övladlarıqeyrətlərini pula satmayıblar. O ki, qaldı Şuşa yürüşünün təhlükəsizliyini təminetməyə, bizə 20 qatır yükü silah lazım olacaq. Danışıqlarımız baş tutsa işarəmigözləyin. Amma bütün silahları, topları, plemyotları söküb qatırlara yükləyin,üstünü də basdırın diqqəti cəlb etməsin. Bu yerlərin dəliqanlı igidlərişuluqluq salar, biabır olarıq. Soltan bəy ixtisasca topçu idi. Fənd işlətməkləbir gecənin içində düşmənin silah yüklü 170 qatır karvanının ağzını Kürdhacıyadöndərir. Andronikin quldur dəstəsini, nizami ordusunu Zabığın dərəsindədarmadağın edir. Çıxış yolu tapmayan quldur Andronik Ozanyan keşişi öldürür,libasını geyinir. 5-6 yaşında bir uşağın əlindən tutub bəyə tərəf gedir.

Qələbədə məğrurlaşan Soltan bəy:

-Keşiş, hardan gəlib, hara gedirsən?

Andronik uzun əbasının balağını dəstələyə-dəstələyə:

-Bəy, başına pırlanım, bu uşağa hayıpım gəlir, azıbeyləyər, aparıb ötürüm.

O, hiylə ilə xaç çevirir, "astvasa” (Allaha) da xoşgələr, deyir.

Soltan bəy qılçını aralayır və deyir:

-Keşiş, gəl keç.

Andronik bəyin paçasının arasından keçib gedir. Birazdan əsgərlər xəbər gətirirlər ki, Andronik keşişi öldürüb paltarlarınıgeyinib aradan çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy üzünü onlara tutub:

-Əzizlərim, Türkiyədə türklər onun qulağını kəsiblər.Burada da mənim qılçımın arasındankeçib. O bir daha Azərbaycana qayıtmayacaq.

Doğrudan da, elə olur. Zabığ məbluğiyyətindən sonraAndronik 30 nəfərlə gedib çıxır Üçməzdinə. 1923-cü ildə gedib Bolqarıstana.Oradan da özünün iki öğlunu götürüb qaçır Amerikaya və 1925-ci ildə orada gəbərir.1927-ci ildə Fransada yaşayan daşnaklar onun sümüklərini Parisə köçürürlər.1990-cı ildə millətçilik, şovinistlik tərbiyəsinin gözünə qatmaq üçün onun qəbrindənbir ovuc torpağı Yerevana göndərmişdilər. Biz isə erməni daşnaklarının fitfasıilə Soltan bəy kimi el oğlunu "Xalq düşməni” çıxartdıq, nəslini sürgünlərdəçürütdük.

Ruhun şad olsun, ay Soltan bəy! əmanət qoyubgetdiyin torpaqları saxlaya bilmədik. Ümumiyyətlə 1918-ci ildə 50 mindən çoxsoydaşımız qətlə yetirilib, 20 min nəfər dinc əhali yaralanıb, 50 min adam əlilolub, 4 min əsir və itkin düşmüşdür, 811 kənd, şəhər, qəsəbə yer üzündənsilinmişdir.

Ümumilli liderimiz H.Əliyev tariximizin faciəli səhifələrindəndanışarkən qeyd etmişdir: "Soyqırım və deportasiya prosesi mərhələlərlə müxtəliftarixi şəraitdə, düşünülmüş plan əsasında həyata leçirilmişdir. Sərsəm "BöyükErmənistan” ideyasını gerçəkləşdirmək üçün saxta iddeoloji tezislərformalaşdırılmış, terrorçu təşkilatlar qurulmuşdur. Erməni əhalisi türk və Azərbaycanxalqına qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyyə olunmuşdur...

Soyqırım Azərbaycan xalqına böyük siyasi, maddi vəmənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində 2 milyona yaxın azərbaycanlıdeportasiya və soyqırım siyasətinin ağır nəticələrini öz üzərində hissetmişdir...

Bu hadisələri, onların dərdlərini unutmağa bizimhaqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər.Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq,böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşıayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Dünya ictimai fikrinə ermənilərin məkirli siyasətini,azərbaycanlıların erməni tərəfindən soyqırıma məruz qalmalarını çatdırmaq üçünümumilli liderimiz cənab Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmantəqdirə layiqdir. Həmin fərmanda "31 mart Azərbaycanlıların soyqırımı günü”kimi qeyd olunur.

Bu gün vəzifəsindən, siyasi mənsubiyyətindən asılıolmayaraq hər bir azərbaycanlı, hər bir vətən övladı ermənilərin xəbis niyyətlərini,ortaya atdıqları yöndəmsiz, sərsəm planları ifşa etməli, Azərbaycan xalqınınhaqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəməməlidir.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev buxüsusda demişdir "Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini,işğal və soyqrımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısındaittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi,milli-birliyi məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiklərisoyqrmların dünya ictimaiyyətinə çatdırılması prosesində önəmli roloynayacaqdır ”.

Əvəz MahmudLələdağ