Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər
Asiya İnkişaf Bankından dəmir yolu nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və bu proseslərin idarə olunması üçün müəyyən layihələrdən ötrü maliyyə vəsaitlərinin cəlb edilməsi gözlənilir.
Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov AİB-in Gürcüstanın paytaxtı Tbilisidə keçirilən illik iclası çərçivəsində “Report”un sualını cavablandırarkən bankla 2024-2028-ci illər üçün yeni tərəfdaşlıq strategiyasını şərh edərkən deyib.
“Azərbaycan və AİB arasında həyata keçirilən layihələr bir sıra sektorları əhatə edir. Bunlara ictimai nəqliyyat və infrastruktur layihələri daxildir”, - nazir bildirib.
S.Şərifov Trans-Adriatik qaz kəmərinin genişləndirilməsi layihəsinin gedişatından da danışıb: “Biz bir dövlət olaraq bu qaz kəmərinin genişləndirilməsi istiqamətində vəsait cəlb etmək üçün danışıqlarda o qədər də fəal iştirak etmirik. Zəngin səhmdarlar layihə üzərində işləyir və onlar hökumətin iştirakı olmadan lazımi vəsaiti özləri toplaya biləcəklər".
Digər Xəbərlər
18 Sentyabr 2026 09:31
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
17 Sentyabr 2026 11:55
2026-cı ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansında nələr dəyişib?
17 Sentyabr 2026 09:44
Azərbaycan nefti ucuzlaşdı
16 Sentyabr 2026 09:50
Neftin qiyməti ucuzlaşdı
15 Sentyabr 2026 19:04
Azərbaycan və İsveçrə innovasiya və turizm sahələrində əməkdaşlığı müzakirə edib
15 Sentyabr 2026 09:37
“Azeri Light”ın qiyməti 127 dolları ötdü
14 Sentyabr 2026 16:42
Qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
14 Sentyabr 2026 10:48


Bakı -°C

