Ermənilər növbəti dəfə Laçın buraxılış məntəqəsindən sərbəst keçiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.
Adalet.az xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus nəqliyyat vasitələri keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 30 şəxs olub.
Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Digər Xəbərlər

Bahar Muradova: Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var

Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaq üstə alqışladı - VİDEO

Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib -FOTOAR

DYP sürücülərə müraciət etdi

Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından BİR İL ÖTÜR

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR
