adalet.az header logo
  • Bakı -°C
11 Aprel 2026 18:24
105
DÜNYA
A- A+

Ərdoğan və Makron bu məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsini müzakirə edib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər görüşdə beynəlxalq hüquqa əsaslanaraq Hörmüz boğazında keçid sərbəstliyinin təmin edilməsi, Suriyada baş verənlər, Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsi, davamlı sülh axtarışları və Ukrayna ilə Rusiya arasında danışıqların canlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ərdoğan İrana hücumlarla başlayan gərginliyin qlobal miqyasda mənfi təsirinə də diqqət çəkib, Türkiyənin müvafiq dövlətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi diplomatik səylərin atəşkəs proseslərində kritik rol oynadığını bildirib. O, bölgədə davamlı sülhün bərqərar edilməsi üçün diplomatiyanın zəruri olduğunu vurğulayıb.