Türkiyədə genişmiqyaslı əməliyyatlar - 722 nəfər saxlanıldı
Türkiyədə cinayətkar təşkilatlara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib, yüzlərlə şübhəli saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyası ilə 25 mart – 10 aprel tarixlərində ölkənin 81 vilayətində 124 əməliyyat həyata keçirilib.
17 gün davam edən əməliyyatlar çərçivəsində “silahlı cinayətkar təşkilat yaratma”, “ağır soyğunçuluq”, “təhdid”, “qəsdən adam öldürmə”, “əmlaka zərər vurma” və “silah qaçaqmalçılığı” kimi ittihamlarla ümumilikdə 722 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı keçirilən axtarışlarda 67 ədəd uzun lüləli tüfəng, 383 tapança, 66 ov tüfəngi, 29 boş tapança, 14 003 patron və 1 329 silah hissəsi müsadirə edilib.
Digər Xəbərlər
11 Aprel 2026 19:40
İsrail 24 saatda "Hizbullah"a 200-dən çox zərbə endirib
11 Aprel 2026 19:00
İraqın yeni prezidenti o oldu
11 Aprel 2026 18:24
Ərdoğan və Makron bu məsələləri müzakirə edib
11 Aprel 2026 18:19
"ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır" - Tramp
11 Aprel 2026 14:26
ABŞ İranın dondurulmuş vəsaitlərini azad etməyə razılaşdı
11 Aprel 2026 12:50
“Xameneinin üzü ciddi şəkildə zədələnib” - YENİ İDDİA
11 Aprel 2026 12:27
İshaq Dar: Vaşinqton və Tehranın konstruktiv dialoquna ümid edirik
11 Aprel 2026 11:36


Bakı -°C

