adalet.az header logo
  • Bakı -°C
11 Aprel 2026 19:11
97
İDMAN
A- A+

“Qarabağ” səfərdə xal itirdi

Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

Adalet.az xəbər verir ki, ilk matçda meydana "Şamaxı" və “Qarabağ" komandaları çıxıblar. Şamaxı şəhər stadionunda təşkil olunan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra "Qarabağ" 56 xalla turnir cədvəlində ikinci, "Şamaxı" isə 32 xalla yeddinci pillədə qərarlaşıb.

İkinci görüşdə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olacaq.

Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.