Elza Seyidcahan qəzəbləndi: “Bunları efirə buraxmaq olmaz!"
Əməkdar artist Elza Seyidcahan ləhcə ilə danışan ali təhsilli gənci tənqid atəşinə tutub.
Adalet.az xəbər verir ki, müğənni “Gün işığında” proqramında ləhcə ilə efirdə danışmaqdan kəskin danışıb:
“Bir gənc məktəbdən ali məktəbə gəlib. Amma hələdə ləhcə ilə danışırlar. Bu düzəlməyəcək. Belə adamları efirə buraxmaq olmaz. Belə olmaz axı. Bizim ədəbi dilimiz var. Ən pis hal odur ki, bəzi müəllimlər də ləhcə ilə danışır. Bu yolverilməzdir! Olmaz belə şeylər! Ən kobud ləhcə dağlı ləhcəsidir. Mən o ləhcədə danımışam? Təbii ki, yox. Danışamaram axı, bura efirdir. Biz ekran vasitəsiylə cəmiyyətə mədəniyyət aşılamalıyıq. Ləhcə ilə danışanlara demək lazımdır ki, xanım (yaxud da bəy) diplomunu götür get.
Efirə gəlib, deyir ki, mən jurnalist olmaq istəyirəm. Amma nitqi bərbaddır. Mənim o qıza yazığım gəlir. Belə bir məsəl var: Ağladan yanında otur, güldürən yanında yox. Biz nə qədər yalandan gülməliyik?! Bizim tərbiyəmiz ilk növbədə danışıq üslubumuzdur, ədəbi dilimizdir. Cızıldayan çaynikləri efirə buraxmaq olmaz!”
Əntiqə Kərimzadə
Digər Xəbərlər
25 Sentyabr 2026 23:31
10 dəqiqəyə boşandılar? - Soyadını sildi
25 Sentyabr 2026 17:03
Biran Damla Yılmaza həbs cəzası verildi - Borca görə
24 Sentyabr 2026 14:07
Almaz Ələsgərli: “ Bunlar müğənnini gözdən salır”
24 Sentyabr 2026 13:45
Əməkdar artist: “Əgər kimsə bu sözlərimi qəbul etmirsə...”
23 Sentyabr 2026 10:18
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
23 Sentyabr 2026 09:15
Roza Zərgərli: “O mahnılar heç nəyi sübut etmədi, amma...”
23 Sentyabr 2026 09:10
Məcid Hüseynov: “Hazırda kino üçün çox vəsait ayrılmır”
22 Sentyabr 2026 13:53


Bakı -°C

