Məhəmməd Salah heyətdən çıxarıldı
Misir millisinin və “Trabzonspor”un ulduz futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun seçmə mərhələsində Cənubi Sudanla keçiriləcək matçda iştirak etməyəcək.
Adalet.az xəbər verir ki, Misir Futbol Federasiyası Salahın qarşılaşmanın keçiriləcəyi stadionun sintetik örtüklü meydançası səbəbindən heyətdən çıxarıldığını açıqlayıb.
Federasiyanın bəyanatında bildirilib ki, milli komandanın texniki heyəti Salaha sentyabrın 29-da Cənubi Sudanla keçiriləcək oyunda istirahət vermək qərarına gəlib.
Qeyd olunub ki, qərar ulduz futbolçunun qorunması məqsədilə qəbul edilib.
Qeyd edək ki, Misir millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində son olaraq Anqola ilə 0:0 hesablı heç-heçə edib. Komanda sentyabrın 29-da səfərdə Cənubi Sudanla qarşılaşacaq.
Digər Xəbərlər
26 Sentyabr 2026 23:25
Gimnastlarımız dünya çempionatında bürünc medal qazandı
26 Sentyabr 2026 22:53
“Formula-1” başa çatdı: Bakıda yollar nə vaxt açılacaq?
26 Sentyabr 2026 17:20
Lekleri geridə qoyub qalib oldu
26 Sentyabr 2026 16:39


Bakı -°C

