adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Noyabr 2018 10:34
50869
LAYİHƏ

"Əllər yuxarı, bu soyğundur" - Məşhur yazıçının mağazasından reportaj

Adalet.az Ayxan Ayvazın "Yazıçılar başqa yerlərdə" layihəsindən ilk reportajını təqdim edir. 


- "Mübariz Örən, hardadır görən?”

Telefonuaçan kimi öz quraşdırdığım misranı deyirəm.

Gülür vəardınca deyir: "Marketdə”.

Mübariz Örəninbir maşını var, bir də marketi.

İndi Nərimanovmetrosu yaxınlığındayam və onun marketinə gedirəm. Hava buz kəsir...

Mübariz eləmarketin qarşısında dayanıb. Maşını da çöldə. Elə bil Koroğlu və atı qarşımdadurub. Diqqətlə baxanda mənə elə gəldi ki, maşınını iplə ağaca bağlayıb.




Marketə girənkimi əlimi silah kimi tutub qışqırdım:

- Əlləryuxarı! Bu bir soyğundur!

Xadimə yerisüpürdüyü, kassadakı pulu verdiyi yerdə dondu. Müştəri də təəccüblə mənə baxdı.Özümü bir anlıq güzgüdə görmək istədim elə bil: əlimi silah kimi tutub marketisoymağa gəlmişəm.

Kimsəqulağımın dibində uğunurdu...

Sən demə,uğunan və donmuş marketi təzədən hərəkətə gətirən Mübariz imiş...

- Kefsəne... Gəl gedək...

Marketə girəndəelə bilirsən ki, arxasında sirli bir pərdə var və orda səni böyük bir dəhlizgözləyir. O dəhliz səni daha geniş yerlərə çıxaracaq.

Amma vəlakin...

Sözü verəkMübarizə:

- Səni gəzdirəcəkelə yerimiz yoxdu... – bu da onun açıqlaması. Üzündə "balıq gülüşü” gördüm. Xəbəriolmayanlara deyim: Mübariz Örənin ən gözəl hekayəsidir bu. Reportajı bitirənkimi ilk işiniz bu hekayəni oxumaq olsun.

Bir addım irəli,iki addım geri. Lap rus əsgəri sayaq. Və market bitdi.

- Yaman gəzdik.Çox geniş imiş. Qurtarmaq olmur heç. – bu mənim "obedsiz” zarafatım.

- Yaxşı, gəlkeçək kabinetə.




Sən demə,Mübarizin kabineti də varmış. Kibrit qutusu boyda kabinet.

Kabinetdən əvvəlbir sualım da vardı Mübarizə. Nə idi ay allah?

Kassadadayanan ağ saçlı kişi başı ilə salamlaşır mənlə. Xadimə də gülümsünür. Bayaqkı hadisənin xoş təəssüratı qalıb üzlərində.

Sualımyadıma düşdü və tez dilləndim:

- Mübariz,heç işçilərin yerinə işləmisən?

- Əlbəttə,çox olub. Fors-major situasiyalar həmişə olur.

XəyalımdaMübarizin əlinə bir süpürgə verirəm, Mübariz yeyin-yeyin ora-buranı təmizləyir.Arada gəlib gedənə gülümsəyir, əsəbi vaxtında "ə, bir ayağını çək görüm” deyir.

KassadakıMübariz ciddidir, təmkinlidir. Elə bil oturub roman yazır. Müştərilər səbrsizdir.

- Qardaş, nəxəyala dalmısan?

Və...

- Ayxan!Ayxan!

Mübariz mənixəyal dünyasından ayırır. Öz xəyalımı ona danışanda gülümsünür. Deyir, elə deməkolar ki, bunların hamısını reallaşdırmışam.

Kabinetəkeçirik. Çay da var burda. Qabaq-qabağa iki kreslo, ortada balaca masa.




Mübarizinsözü düşür yadıma:

- Bura mənimqısa hekayəmdir.

Tək buranı nəzərdətutmur, marketi deyir. Bu market Mübarizin qısa hekayəsidir. İki dəqiqəyəoxuyub bitirə bilərsiniz.

Hekayədemişkən... Mübarizin market hekayəsi burdan başlamır. Rusiyada market açmağabaşlayıbmış. Sizə deyirəm, bundan bir 10-20 il qabaq.

- Sovetdağıldı, özəl iqtisadiyyat başladı. Öz işimizi qurduq. Rusiyada market açdıq.

- Bəs nolduo marketin taleyi?

- Yarımçıqhekayə kimi qaldı.

Gülürük.

Mübarizin əlavəsi:

- O marketiarendaya verdim, çıxdım gəldim Bakıya. Sonra da market işi ilə davam elədik.

Əlindəkimaya batmasın deyə burda bir market almağı düşünüb. Sən demə, bizim "qısa hekayə”adlandırdığımız bu market əvvəllər bərbərxana olubmuş. Hətta... Qoy Mübarizinözü danışsın:

- Mən gələndə"parixmaxer” idi bura. Hətta "Bu şəhərdə”nin bir neçə seriyası çəkilibmiş bu bərbərxanada.Qadın salonu və kişi salonu idi.

- Nə oldusonra?

- Hekayəsona çatdı.

Bir hekayəninsonu... Bərbərxana özünü doğrulda bilmir və qapanır, sahibi də arendaya verir.Bu yerdə səhnəyə bizim son dövrün ən maraqlı nasirlərindən olan Mübariz Örənçıxır.

- 15-16ildir bu marketi işlədirik.

Başınıqaşıyır:

- 12-13 il dəola bilər.

- Dəqiqolsun!

- Tamxatırlaya bilmədim indi. – gülür...

- Mübariz, bəsneçə işçin var? Onu yəqin ki bilirsən...

- Hə... Dördişçi var. – yenə qarışdırır. – Bir də xadimə. Beş işçi.

- Maaşları nəqədərdi? Gündəlik verirsən, yoxsa aylıq?

- Maaşları aylıqdı.Nə qədər almaları...

- Sirrolaraq qalır?

- Hə, sirrolaraq qalır.

Mübarizi buağır yükdən xilas etdim və ikimiz də çayımızı yudumlayıb gülümsədik.

- Hər gün gəlirsənbura?

- Hə, gəlirəm,gedirəm.




Mübarizi "Örən”kimi tanımaqları hekayəsi də var. Yəni yazıçı kimi. Deməli, kitabı çıxıb. ATVkitab seriyasından. Qonum-qonşu, məhəllə camaatı bunu televizorda görüb axışıbmarketə.

"Ay Mübariz müəllim, təbriklər. Bir siqaretver görüm, qardaş”.

"Axarıncıolsun, ordan bir kilo pesok verin. Görəndə çox sevindik”.

"Həmişəkitabınız çıxsın. Necə yazmısınız o kitabı? Pendirin hansı yaxşdır?

Amma Mübariztəəssüflə qeyd edir:

- O təəssürattez də itdi.

Burda bir "Borcdəftəri” hekayəsi var. Bu borc dəftərində neçə ilin adları var. Hər adın öztaleyi...

- Çoxu qaçıbgedib, ölənlər var, itənlər var, köçənlər, başqa ölkəyə gedənlər. Ola bilsin, gələcəkdə"Borc dəftəri” adında povest yazım. Adlara baxıb taleləri yada salmaq və yazmaq.

- Serqey Dovlatovun"Çemodan” əsəri kimi...

- Hə, ordada elədi axı. Əşyaları çıxarır və xatırlayır.

- Hələ dədurur borc dəftəri?

- Durur. İşləkdi.

- Kimlərəborc verirsən?

- Burda işləyəndəadamları tanıyırsan da. Ehtiyacı olana verirsən.

-Qaytarmayan var hələ də?

- Var, var.Niyə yoxdur?

Bir çayfasiləsi... Növbəti abzasda Mübariz yaradıcı kimi çətinliklərindən danışacaq.Kanalı dəyişməyin!

- Yaradıcı kimiəks təsiri var marketin. Çox xırdaçı işdir. Vaxtımı alır, gücümü alır. Yazıçı olmaqhəvəsimi alır. Təxəyyülümü azdırır, yaddaşımdakı hekayə yadımdan çıxır sonra. Başqabir dolanışıq da yoxdur. Nəyləsə məşğul olmaq lazımdı axı. Yarımçıq hekayələrvar. 6-7 hekayə. Hekayələr getmir. Müəyyən bir yerə çıxır, sonrakı həllitapılmır. Məndə olur bu. Məsələn, "Balıq gülüşü” hekayəsi getmirdi, balığın gülüşünüyadıma salanda getdi. Mən hekayə yazanda arxeoloq kimi işləyirəm. İş düz gedəndənəticə yaxşı alınır. Ya da quyu qazmaq kimi... Qazıram, qazıram, su görünmürsə,narahat oluram. Nəticəni görmək istəyirəm. Hekayə quyumdan su çıxmır hələ ki...

- Deyirəmki, yaradıcılıqla məşğul olmağın üçün buranı kiməsə həvalə edə bilərsən?

- Olar. Qardaşlarımatapşırmaq olar. Buranı arendaya verəcəm onsuz. Ömür boyu market işlədən deyiləmki? Yüngül işdə işləyib yaradıcılıqla məşğul olmaq arzusundayam. Görək...

- Mübariz,burda heç hekayə yazdığın olub?

- "Ağ buludlar”ınsonluğunu burda yazmışam. Məni əvəzləyən burdan çıxmışdı. Bu qara stolda ağbuludların axırını yazmışdım. Qeydlərin əksəriyyətini burda edirəm. Qara dəftərimvar. – göstərir. - Mifologiyaya ilə, nağıllarla bağlı qeydlər. Azərbaycan nağıllarınıoxuyuram burda. Hərdən, vaxtım olanda bir nağıl oxuyuram.

- Sənimifoligiya həmişə cəlb edir?

- Həmişə cəlbeləyib. Hər hansısa bir hadisəni ədəbiyyata çevirmək, ədəbiyyat malı eləməkolar. Amma onun da gərək okeana çıxışı olsun. O zaman hekayə daha mənalı vəmaraqlı alınır. Mənim fikrimcə, hansısa bir hadisəni nağıla, dastana tərəfaparanda o daha təsirli olur. O hekayənin içində bir eyham, kod axsa yaxşıdır.

- Oxucularıngəlir bura heç?

- Oxuyanlar...Hə... Hərdən gəlirlər. Deyirlər, siz Örənsiz. Sizi gördüm filan yerdə. Mən də kitabımıverirəm.

- Hardagörürlər ki? Facebookda?

- Bəzən eləolur, bəzən də haqqımda yazılan yazıya görə...

- Yazıçıdostlardan gələn var?

- Eləsi var burda yaxında işləyirlər. SəxavətSahil, Mübariz Cəfərli, Mirmehdi Ağaoğlu ilə tez-tez görüşürük.

Dərhal birzarafat eləyirəm:

- Deyilənəgörə, araq zad oğurlayan yazıçılar var burda.

Uğunur...

- Mən eləşey eşitməmişəm. – gülüşünü boğa-boğa deyir...

- Hə, gəlirlər.Mübariz Cəfərliylə Mirmehdi ilə söhbətləşirik.

- İkiMübariz necə yola gedirsiniz?

- Çox yaxşı,- gülür... - Nərd oynayırıq Mübarizlə. Yaxşı nasirlər yaxşı nərd oynayırlar axı.

Sitatınsonu...

- Yaxşınasir demişkən... Ramiz Rövşən də bu yaxında səni tərifləyib...

- Hə... Toydabir yerdə olduq. Çox yaxşı da qarşıladı məni. Dedi, oxumuşam, yüksək qiymətləndirirəm.Kitab istədi. Mən də dedim, çalışıb mütləq çatdıraram.

- Mübariz, səniyazıçı kimi tanıyırıq. Bəs müdir kimi necəsən?

- Bu işin özprinsip və xüsusiyyətləri var. Dəqiqlik tələb edən peşədir. Peşə demək olarsa...Dostluq dostluq yerində, qohumluq qohumluq yerində, zarafat zarafat yerində. İşçiişini dəqiq bilməlidir. Camaatla yaxşı davranış olmalıdır. Ünsiyyət vacibdir. Gərəkheç kimi aldatmasınlar, köhnə mal sırımasınlar.

- Bu cürsöhbətlər eləyirsən işçilərlə?

- Onlar mənimxarakterimi bilirlər. Bizi ayaqda saxlayan budur.

- Heçqovduğun işçi olub?

- Görmüşəm əliəyriliyi var. Yaxud iş rejimini dəfələrlə pozub. Bir dəfə, iki dəfə olar. Ammahər dəfə günorta gəlir. Belə olmaz. Özü çıxanlar da var. Məsuliyyətsizlər. İşdənçıxartdığım da var, işi, məni bəyənməyənlər də var.

- Yəni sənəsərt deyə bilərik...

- Hə... İşdəsərt müdirəm. Hər şey öz qaydasında olmalıdır. "Başına dönərəm”lə olmur, gərəkdeyim ki, bunu düz eləmirsən. Bu işin xüsusiyyəti budur.

- Heç qovubsonra peşman olduğun olub?

- Sən işin poetiktərəfini deyirsən. İşdən qovma bir anda olmur ki! Yığılır üst-üstə. Mən heçkimi qovmaq istəmirəm əslində. Ona işini başa salırsan. O da anlayır. Anlamayandada yolları ayırırsan. Sonra görürsən ki, yüngülləşmisən. Belə bir problemdən,gündəlik baş ağrısından xilas olmusan.

Bu yerdəzarafatımdan qalmıram:

- Gəncyazıçılardan kimi işlətmək olar?

- (gülür). Dözəbilməzlər. Azad adamlardır. Yaradıcı adama çoxlu boş vaxt vermək lazımdı. Adicəküçədə gəzməsi üçün...

- Sən eləbir şərait yaradardın?

- Şəraitiyaratmaq mümkün olmayacaq. Camaat gəlib səni gözləyir axı...

Gülə-güləçayımızı içirik...

- Bizim yazarlara şərait yaratmaq olar burdaki, kitab təbliğatı ilə məşğul olsun.

- Belə birşey etmək fikrin var? Marketin içində kitab satmaq?

- Sən dedin,ağlıma gəldi. Amma təbii ki, bu heç bir xeyir verməyəcək. Bir stend yaratmaqolar. Bir ay maraqlı gələcək. Sonra unudulub gedəcək.

- Burdakitab paylama aksiyası olmuşdu. Necə qarşılandı?

- Çox gözəlqarşılandı. Çox maraqla. Müştərilərin çoxusu deyir ki, Yutuba qoyulub, hərdənbaxırıq. Burda stend yaratmaq olar. Gərək hansı formada, hansı məzmunda olacaq,onu fikirləşmək lazımdır.

- Məsələn,filan qədər mal alana bir kitab hədiyyə...

- Hə, baxyaxşı ideyadır. Mən əslində bir bütöv rəfə kitablar qoymaq istəyirəm. Marketiniçində kitab mağazası.

- Çox gözəlolar.

- Məncə də...Həm camaat mal ala bilsin, həm də kitab. Bir tərəfdə vermeşil makaron, bir tərəfdəkitab.

- Mağazada kitabtəqdimatı, imza günü...

- Çox maraqlıolar. Qəşəng də qarşılanar.

Bu yerdə mənəbir təklif:

- Təzəkitabın çıxacaq deyəsən. Bir təqdimatını da bura salarsan.




Mən işçilərləsöhbət etmək üçün ayağa dururam. Mübariz deyir ki, burda xalam da işləyir. Adminstratorimiş. Elə xalanı kassada tapırıq.

- Necəsiz?

- Yaxşıyam.

- Necədirişlər?

- Əla. Mən həmişəkitabxanada işləmişəm. İdarə etmişəm. Elə çətin deyil.

- Nə vaxt gəlirsizişə?

- Günorta?

Mübarizgülümsünür:

- Xalamdıda, ona olar.

O biri işçilərdə söhbətimizə qulaq kəsilir.

- Mübariziyazıçı kimi necə tanıyırsınız?

- Nədanışırsınız? Tanıyırsınız nədir? Onun bütün yazdıqlarını oxumuşam. Haqqındayazılanları da.

- Necə yazır?

- Dərinyazır...

Xadimə vəkassaya baxan kişi də Mübariz haqda yaxşı fikirdədilər. Deyirlər, sıxma-boğmayasalmır bizi.




Çöləçıxıram. Mübariz məni yola salır.

- Hekayəninsonuna çatdın? – soruşur.

- Hə...Hekayə bitdi.