adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İsrail HƏMAS-a bir həftə vaxt verdi -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
670 | 2024-05-04 14:00

İsrail Fələstinin HƏMAS qruplaşmasına Qəzza bölgəsində atəşin dayandırılması üçün bir həftə vaxt verib. Atəş dayandırılmasa İsrail ordusu Rəfaha girəcək. 

Bu barədə Misir hökumətindəki mənbələrinə əsasən məlumat yayan The Wall Street Journalın sözlərinə görə, HƏMAS özlərinə şərf edən daha uyğun şərtlərlə razılaşma əldə olunması məqsədiylə danışıqları uzatmağa cəhd edir. \

"Gözlənilirdi ki, HƏMAS-ın siyasi rəhbərliyi Qəzza bölgəsində yerləşən hərbi qanadıyla məsləhətləşəcək və müvafiq qaydada reaksiya göstərəcək... Lakin, təşkilatın Qızza bölgəsinin hərbi qruplaşmasının rəhbəri Yahya Sinvar hələki cavab verməyi ləngidir"- deyə misirli hökumət nümayəndələri bildirib.

Qeyd olunur ki, hərəkatın nümayəndələri razılaşmanın şərtlərinin sürüşkən olduğunu, bu şərtlərin İsrailə istənilən zaman yenidən hərbi əməliyyatlara başlamaq imkanı verirdiyini bəyən edib. HƏMAS ABŞ- ın təminatı ilə uzunmüddətli barışığın əldə olunmasını və buna həqiqətən əməl olunacağını istəyir. 

 ABŞ-ın dövlət katibi Entoni Blinken, HƏMAS-ın İsrailin təklifinə müsbət cavab verəcəyinə ümid etdiyini bildirib. "Hazırda İsraillə Qəzza bölgəsində sülün yaranması üçün yeganə maniə HƏMAS-dır. Atəşkəs elan olunması üçün razılaşma əldə olunmasına yaxşı imkan yaranıb. HƏMAS bu imkandan istifadə etməlidir. İsrailin Rəfaha hücum planında dinc əhalinin necə qorunacağı ilə bağlı hər hansı bir maddə olmadığı üçün ABŞ bu əməliyyatın başlamasının əleyhinədir"- deyə Blinken bildirib.

 

TƏQVİM / ARXİV