adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: GÖZÜNÜZ TELEFONDA OLSUN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
52343 | 2018-02-02 14:19

Hərdən adam eləovqatda olur ki, heç nə gözünə görünmür. Nə oğul-uşaq, nə iş-güc, nə də budünyanın gəlimli-gedimli sir-sifəti. Eləcə ya bir küncə çəkilib özünlə, lorudildə desəm, canınla vuruşmaq istəyirsən, ya da hamıdan, hər şeydən, hər kəsdənbaş götürüb hara gəldi çıxıb getmək. Amma ən dəhşətlisi budur ki, o "çıxıbgetmək” andırın maddi tərəfi adamın ayaqlarını yerə mıxlayır, çünki hərəkətüçün stimul lazımdı... addım atmaq üçün enerji gərəkdi, taqət gərəkdi... Bu daki, qəhətə çəkilib. Elə bil ki, cinə "bismillah" demisən. Qeyb olub. Özüylə təkcə canını götürüb getməyib,həm də mənim canımı da, səbrimi də, güzəranımı da, dözümümü də aparıb. Hər gündə çəkib aparmaqda davam edir.

Bəzən deyirlərki, gün günün davamıdı. Amma mən buna inanmıram. Bu ən yaxşı halda şair sözüola bilər. Yəni poetik, romantik, yəni belə bir bəzəkli fikir. Və biz də onsuzda sözdən başqa heç nəyi olmayan bir zümrə və 99 faizi də şair olan xalqınnümayəndəsi kimi uymuşuq sözə. Görək axırı necə olacaq? Amma axırına qədər isəbu zaman və şəxsən mənim indi içərisində olduğum durum, sizi deyə bilmərəm, mənimaxırıma çıxır...

Bəli, sonuncucümlə sizə qəribə görünə bilər. Qoy olsun. Onsuz da ütülü danışa-danışa, ütülüyaza-yaza içimiz də, çölümüz də ütülənib. Bizi aparan suya sel deməyə sankiqorxuruq. Amma bilmirik ki, qorxsaq da, qorxmasaq da sel öz gücünü göstərəcək.Onda saman çöpü də köməyimizə çatmayacaq. Bilirsiniz niyə? Mənim məntiqimə görə,biz haqqın nahaqqa verildiyi məqamlarda susuruq... biz gerçəyi ifadə etməkdəndaha çox gerçəyin böyür-başındakı kol-kosdan dəm vururuq, öz məntiqimizi ortayaqoymuruq. Onda da...

Bəli, onda da əyribitən xiyarlar, kövrək, bar vermək gücündə olan ağaclara sırmanmış sarmaşıqlarsorub qurudur şirəni - canda da, ağacda da, lap elə daşın özündə də. Deyə bilərsinizki, daşın şirəsi var? Əlbəttə ki, var. Daşın şirəsi olub ki, sıxılıb daşlaşıbda! Yəni bunun maye hissəsi buxarlanıb, qalanı daşlaşıb olub daş. Amma nədənsəo daş göydən yağmır, tökülmür. Doğrudur, Ramiz Rövşən deyir ki, göy üzü daş saxlamır!..Qoy desin! Biz də onun dediyini diləyək, amma əvvəldə dediyim şair sözünün hikmətinəuymadan üzümüzü Tanrıya tutaq. Bilək ki, göy üzündə kifayət qədər daş var və odaşlar bir gün töküləcək. Bax, hara, necə, kimin üst-başına töküləcək, onu yenəo göy üzündəki bilir. Mən onu bilsəydim, çoxdan payıma düşən daşın dalıncagetmişdim. Axı, hərənin bir daşı var eninə, boyuna görə. Yəni kəfənini boyunabiçən Allah, daşını da unutmayıb. Kiminin daşı şəkillidi, kimininki yazılı,kimininki də elə-belə daş şəklində. Nə isə...

Bu ovqatın, yənio əvvəldə dediyim harasa getmək, harasa sığınmaq, tərki-dünya, tərki-insanolmaq nöqtəsində ağlımın qaranlıq hücrəsinə iynə ucu boyda işıq düşür. Oişıqdan sən görünürsən. Və mən də yenə bu durumun içində də sənə üz tuturam vəsənə deyirəm ki:


Düşüb dibindəqalmışam

Ağlımın səhvinəgörə!..

Dərdin cibindəqalmışam -

Səpir öz kefinəgörə...


Həsrət mənə zülmedir

Gözümdə, könlümdəbitir...

Mayanı xərcləyibgedir -

Bu günün nəfinəgörə...


Söylədin sən songəlişdə

Dünəni yuxu bil,işdə...

Dönmür üzüməgülüş də -

İmzasız əfvinəgörə!..


***

Deyirlər ki, hərgecənin bir səhəri var, hər qaranlığın da bir işığı. Amma bunu deyən o müdriklərelə bil başları ya işığa, ya qaranlığa o qədər qarışıb ki, unudublar desinlər,etiraf etsinlər ki, Allahın Yer üzünə göndərdiyi işıq və qaranlıqdan başqaAllah bəndəsinin də işıq və qaranlıq yaratmaq yönümlü hərəkətləri o müdriklərinfikirlərini sual qarşısında qoyur. Yəni insan barmağı, insan düşüncəsi törətdiyiəməllə, atdığı addımla qaranlığın aydınlıq olmasına, işığa qovuşmasına sədd çəkir, imkan vermir. Nəticədə insanındaxilində, özəl həyatında elə təlatümlər baş verir ki, onda həqiqətən yaşamaqmarağı, istəyi, hətta sevgisi quş kimi bir anda uçub gedir.

Bilmirəm, bu"uçmaq" sözü hardan ağlıma gəldi. Çünki bu söz məni Sovet dövrününbir şeirinə tərəf çəkib apardı. Müəllifini unutduğum həmin şeir həm də nəğmə idi, biz pionerlər də oxuyurduqonu. Bax, birinci bəndi belə idi:

Uçdu göylərə

Bizim peykimiz

Söylədi yerə

Yol gedirikbiz...

Bəli, yadıma düşənbu bənd məni başqa bir məqama da yaxınlaşdırdı. O məqamı da sizə çatdırmaq istəyirəm.Necə istəyirsiniz, elə də qarşılayın. Vallah, deyəsən o göylərə uçan peyk mənimümidlərimi də, mənim güvənimi də özüylə alıb aparıb göylərə. Onlar da göylərdənmənə əl edirlər. O əletmə də özüylə bir rişxənd, bir ələsalma, bir qıcıq səpirüzüaşığı. Yəni əl çatmayan göy üzündən mənə deyir ki: (burda Mayakovskininruhuna köklənirəm - Ə.M.)

Alha,

qalha,

yana,yana

baxa-baxa,

sənheç kimsən!

Bilmirəmyerinə düşdü, yoxsa yox, amma doğurdan da içində olduğum ovqat, yaşadığım durumməni heç kimə çevirib. Və mən o heç kimliyin də nə edəcəyini, hara, nəyə qədərgedəcəyimi də təxmin edə bilmirəm. Aşıq Ələsgər demiş, sınıb yanıma düşmüşqol-qanadımla bilmirəm hansı dağın daşına, hansı qayanın özünə çevrilim. Bilmədiyim, yəni cavabını tapmağa gücümçatmadığı bu sualın ağırlığı altında yenə misralar üstümə çilənən su kimi içimdənqanadlanıb məni silkələyir.


Qaranlıqçəkilibdi

Göyüzünə pərdə tək...

Bürünübqaranlığa -

Dözürəmmən dərdə, tək!


Havakimi gərəyim

Ürəyimidər, əyim...

Otərəfdə ürəyim -

Qalıbcanım bərdə, tək!


Qəmdənocaq çatılır

Olan-olmazsatılır...

Bütünoxlar atılır -

Soruşmadanmərdə, tək!


Didəmdoludu yaşla

Ətəyimçınqı daşla...

Təkəmbu ağıl başla -

İnanın,bəşərdə tək!


***

Hərbir fikrin təkcə mübtədası, xəbəri olmur. Həm də bir dayaq nöqtəsi və istiqamətidə özünü doğulduğu andan büruzə verir. Bax, bu mənada mən nə qədər çalışsam daözümdən başqa heç kimdən və heç nədən yaza bilmirəm. Yəni şənbə günləribilgisayar qarşısında əyləşəndə içimi açıb tökürəm ortalığa. Özüm istəsəm də,istəməsəm də həyatımdakı zindan ağırlığında sözlər təkcə doğulmur, həm dəboğula-boğula zarıyır. Çünki onlar da bir azadlıq axtarırlar, onlar da biryaranışa möhtacdırlar.

Məndə bunu bildiyimdən həmin sözlərin quyu dibindən, qaranlıqdan işığa çıxmasınagücüm çatdığı formada yardımçı olmağa çalışıram. Bu da kimlərinsə xoşuna gəlmir, kimlərinsə qabarınatoxunur. Həmin o toxunma özü də oxunu, gülləsini mənə tuşlayır. Çünki bütüngünahların səbəbkarı da, daşıyanı da, ortaya qoyanı da elə mənəm. Mən də ki,sarı simdə mizrab oynatmaqdan usanmıram, yorulmuram. Çünki qalanım bircə o sarısimdi. O da qırılsa, deməli...

Hə,deməli, daha Kərəmin ağlamağına da ehtiyac qalmayacaq və bu dünyanın qaradaşının göyərəcəyinə ümid etməyin özü də bir ilğıma çevriləcək... Ammaçevrilir, qoy çevrilsin. İslanmışın yağışdan nə qorxusu?!

Birvaxtlar elə bil ki, ölümünü duyan fillər kimi duymuşdum belə bir durumun gələcəyinivə onda yazmışdım ki:


Əlimdəod tutub durdum

Könlümüoda tutdurdum...

Sənnələri unutdurdun,

Mənnələr unudub gəldim -

bugünə...


bilmədimgün hardan doğdu

Ürəyimihəsrət boğdu!

Kirpiklərimtikan, oxdu

İsladıb,qurudub gəldim -

bugünə.


Taleməni sayıb seçdi

Buda başa gələn işdi...

Düşündümki, olub keçdi

Sularıduruldub gəldim -

bugünə!

***

Deyəsənvərdişə çevrilib. Bütün yazılarımın sonunda əvvələ qayıtmaq. Nə qədər yaxşıhaldı, demək mənə çətindi. Amma artıq hər şənbə yazımın sonunda özüm özyazdıqlarıma bir növü, kənardan baxıb nöqtə qoymaq istəyirəm. Çıxardığım nəticənihəmin o nöqtənin altına salıb dözümünə tamaşa edirəm. İndi də elə bir niyyətdəyəm.Və həmin niyyətin işıqlı tərəfini, təbii ki, əgər varsa, məni anlayanlara daarzu edirəm. Və istəyirəm ki, onsuz da xoş olmayan və üstəlik də mənim dəkorladığım əhvalınıza bir iynə ucu boyu sevinc, sevgi, işıq qatım. Və siz oişıqdan, o sevgidən ümidlənib özünüzü toparlayasınız, əlinizi telefonauzadasınız və sizin zənginizi gözləyənlərə telefon açasınız. Bax, şəxsən mən buanda sənin gəlişini, zəngini gözləyirəm. Ona görə də sənə yazıram ki:


Sənimkanın olanda

Yada ki, elə-belə

Qoy,telefonum səksənsin -

Hərdənmənə zəng elə...


İstəyirsəndanışma

Təkihənirin gəlsin.

Mənərişxənd edənlər -

Bir-birindənşəklənsin.


Mənsəsıxıb köksümə,

Otelefona "can" deyim.

Səninləbirlikdəyəm -

Hərzaman, hər an, deyim.


Bəlkədə çox gülüncdü

Arzumda, əməlim də.

İnan,varlığın durur -

Sevgimintəməlində.


Hə,bax elə özümdə birtəhər yaratdığım ovqatla düşünürəm ki, sizdə də nəsə edəbildim. Əgər edə bildimsə, deməli, mütləq telefonumuza, elə sizin də, sənin dəzəng gələcək. Ona görə də telefonu açıq, enerji blokunu isə işlək vəziyyətdəsaxlayaq. Bax, sonra demədi deməyin ha! Mən borcumdan çıxdım: zəng edin, zənggözləyin!


TƏQVİM / ARXİV