adalet.az header logo
  • Bakı -°C
14 Aprel 2026 10:50
113
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Bu ömrün nağılın danış...

Başımı  qoymuşam dizinin  üstə  
Bu  an  dizlərindi  ən  yumşaq  balış...  
Bir  az  yorulmuşam,  bir az da  xəstə  - 
Sən  mənə ,  bu  ömrün  nağılın  danış...

Dönüm  həmin  günə, həmin  zamana  
Çevrəmdə  nə  varsa , hamısı  tanış...
Gözlərim bir anda  gəlsin  imana - 
Sən  mənə ,  bu  ömrün  nağılın  danış..

Çözülsün  düyünü  fikrin, xəyalın    
Yenə  gülümsəsin  həmin  o, baxış!..  
Verim   cavabını    hər  cür  sualın - 
Sən  mənə ,  bu  ömrün  nağılın  danış.. 

 Düşüb  səkilərə  qoşa  izimiz - 
Hər  nə  olubdusa  anmağa  çalış...
Nələrdən  keçmədik, axı  gülüm, biz - 
Sən  mənə ,  bu  ömrün  nağılın  danış..

Fərəhli  anlarım  fidandı - tək , tək  
Onu  süsləməyə  tay  sən də  alış...  
Dizinin  üstündə  dincəlir ürək -  
Ona , sevgimizin  nağılın danış!