Əbu-Dabi və Dubayda qalmış 195 Azərbaycan vətəndaşı təxliyə edilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlarımızın Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.
Bu barədə Adalet.az-a XİN-dən məlumat verilib.
Belə ki, son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyimizin və Dubay şəhərindəki Baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib.
Daha sonra, vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı Səfirliyimizin də əlaqələndirməsi ilə Oman hava limanına aparılıb və Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb.
Qeyd edilən reyslə 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları ölkəmizə geri qayıdır.
Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təhlükəsizliyi prioritet istiqamətlərdəndir.
Digər Xəbərlər
10 Mart 2026 12:51
Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarıldı
10 Mart 2026 11:03
İrandan Azərbaycan sərhədi ilə 2097 nəfər təxliyə edilib
10 Mart 2026 10:49
“Əgər bunu edə bilsəydik, Xocalı faciəsi baş verməyəcəkdi...” - Polkovnik
10 Mart 2026 10:33


Bakı -°C

