adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 13:09
82
DÜNYA
A- A+

"Bir də görmək istəmirik" - Baxçalı Azərbaycana PUA hücumundan danışdı

"Türkiyə üzərində qumar oynanılacaq bir ölkə deyil. Hər bir ölkə ağlını başına almalıdır". 

Adalet.az xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı partiyasının parlament qrup iclasında deyib.

O, İrandan atılan və Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı sərt açıqlamalar verib: "Bunun qəsdən törədilmiş bir hərəkət olmadığına inanmaq istəyirik. Bütün dünya bilməlidir ki, hava məkanımızda və ya Azərbaycan hava məkanında yolunu, istiqamətini itirmiş bir raket və ya pilotsuz uçuş aparatını bir də görmək, eşitmək və ya şahid olmaq istəmirik.

Türkiyə ilə Azərbaycan arasında nifaq toxumları əkməyə çalışanları rədd edirik. 

Biz açıq münaqişələri və geniş yayılmış təxribatları rədd edirik. Biz dövriyyədə olan fikir ayrılıqları və fitnələri əlimizin arxası ilə itələyirik. "Bir millət, iki dövlət" reallığı tarixin, mədəniyyətin və ortaq təcrübələrin qiymətli nəticəsi və məsuliyyətidir. Həm sərhəd təhlükəsizliyimizi, həm də hava məkanımızın təhlükəsizliyini qorumağa borcluyuq"./Unikal