Prezidentin tapşırığı ilə İrana humanitar yardım göndərildi - FOTO - VİDEO - YENİLƏNİB
Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.
Adalet.az xəbər verir ki, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.
Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Hazırda humanitar yardım yüklənmiş avtomobillər "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.
Qeyd edək ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.
***
09:21
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
Adalet.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Digər Xəbərlər
11 Noyabr 2026 13:36
İlham Əliyev COP31 Liderlər Sammitində - CANLI -YENİLƏNİB
11 Noyabr 2026 13:18
Hulusi Kılıç: Türkiyə və Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasının qarantıdır
11 Noyabr 2026 11:48
Prezident həmkarına başsağlığı verdi
11 Noyabr 2026 11:15
“Avropasız danışıqlar və müəyyən atəşkəs razılaşması mümkün hesab olunsa da...”
11 Noyabr 2026 11:06
“Zelenski Ankaranın Kremlə təsir etməsini istəyir”
11 Noyabr 2026 08:12
“Dövlət idarəçiliyində siyasi məsuliyyət, strateji düşüncə və milli maraqlara əsaslanan liderlik əsas şərtdir”
10 Noyabr 2026 19:30
İlham Əliyev Türkiyəyə getdi - FOTO
10 Noyabr 2026 16:21


Bakı -°C

