Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarıldı
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununda əksini tapıb.
İndiyə qədər qüvvədə olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur.
Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.
Yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.
Digər Xəbərlər
10 Mart 2026 14:13
Gənclər və İdman Nazirliyində yeni təyinat
10 Mart 2026 13:38
BU SƏNİN KİŞİLİYİN, BU DA MƏNİM…
10 Mart 2026 13:25
Pensiyaçılara ŞAD XƏBƏR - Sabah...
10 Mart 2026 11:18
Əbu-Dabi və Dubayda qalmış 195 Azərbaycan vətəndaşı təxliyə edilir
10 Mart 2026 11:03
İrandan Azərbaycan sərhədi ilə 2097 nəfər təxliyə edilib
10 Mart 2026 10:49
“Əgər bunu edə bilsəydik, Xocalı faciəsi baş verməyəcəkdi...” - Polkovnik
10 Mart 2026 10:33
Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq
10 Mart 2026 10:19


Bakı -°C

