adalet.az header logo
  • Bakı -°C
23 Iyun 2026 16:58
69
MARAQLI
A- A+

Dənizdən qumu hara daşıyırlar...

Heç kimə sirr deyil ki, ekoloji tarazlığın pozulması bir çox problemlərin yaranmasına səbəb olur! Ən azından təbiətə vurulan zərbə bir müddətdən sonra insanların müxtəlif formalarda özünə  qayıdır!  

Bax ,dənizdən  belə bir mənzərədir. Bir çoxları Bakıda Xəzər dənizin sahilində mövcud olan qum kütləsini ekskavatorların köməyi ilə " Kamaz", " Kiraz" və digər yük maşınlarına yığdıraraq satış məqsədi ilə daşıyırlar. Kimlərsə həmin  qumlarsan milyonlarla pul qazanır. Dənizin ekoloji çəhətdən tarazlığı pozulmaqla bir çox problemlər yaranır

. Ayrı - ayrı işbazların dünya vecinə deyil. Bəs , aidiyyəti dövlət qurumları təbiətə  , dənizə vurulan zərərə niyə göz. yumurlar! Bax , əsas qəliz məsələ də elə budur.Bakinin Novxanı, Mərdəkan , Pirşağı, Şüvələn və digər çimərliklərinin yaxınlığından hər gün onlarla yük maşını qum daşınır. Heç şübhəsiz ki, bu qumdan tikinti materialları kimi istifadə olunur.

Axı onsuz da Xəzər dənizi günbəgün quruyur və son illər daha çox dənizdə quruma halları yaranır. İnsanların gözü qarşısında Xəzər su azlıgından " can verir", bir yandan da  bəzi adamlar dənizdəki qumu daşıyaraq onu yaman günə qoyurlar. Belə getsə, bir müddətdən sonra dənizdə  qum qalmayacaq və o, öz gözəlliyin itirəcəkdir! Bu proses nə vaxta kimə davam edəcək? Onu deyə bilmərik. Bunu ən yaxşı halda aidiyyəti qurumlar söyləyə bilər! Onlarsa hələ ki, mövcud vəziyyətə göz yumur və susurlar???

Emil FAİQOĞLU