Gəlin, uşaqlarımızın xəyallarına birlikdə qanad verək...
Nərminin yazı-pozudan uzaq qaldığı o uzun sükutun əslində böyük bir hazırlıq prosesi olduğunu indi anlayıram. Bu gün aramıza bir ananın oğluna bəslədiyi sonsuz sevginin ədəbi möcüzəsi olan 'Beynişteyn' layihəsi ilə qayıdır. "Neyronağıllar" və "Texnonağıllar" konseptində Tomarın sualları, onun kəşf həvəsi və ana-balanın bir yerdə böyüdüyü o unikal anlar cümlələrə tökülüb.
Niyə Beynişteyn?
Çünki hər uşaq dahidir və hər ana öz övladının daxili dünyasının memarıdır. Nərmin bu layihə ilə uşaqlarınıza həm texnologiyanın intellektual dünyasını, həm də insan qəlbinin o isti, sehrli tərəfini eyni anda sevdirməyə çalışıb.
Bu layihə yazıçı ruhu ilə analıq duyğusunun ən doğma və ən səmimi kəsişməsi, bir ananın öz övladı ilə birgə qurduğu xəyal dünyasının bütün uşaqlara pay verilən parçasıdır.
Beynişteyn - uşaqları düşünməyə, kəşf etməyə və öyrənməyə ilham verən innovativ kitab layihəsidir. Neyronağıllar , riyazi tapşırıqlar və maraqlı macəralarla uşaqların zəka, yaradıcılıq və dünyagörüşünü inkişaf etdirir.
İndi Tomar və macəraları, onun evindən çıxıb, sizin evinizə qonaq gəlir.Gəlin, uşaqlarımızın xəyallarına birlikdə qanad verək...
Xeyirli, uğurlu və davamlı olsun, Nərmin!
Yaqut Bahadurqızı
Filologiya üzrə fəlsəfə doktoru,yazıçı- publisist
Digər Xəbərlər
12 May 2026 20:34
Aqil Abbasın imza günü keçiriləcək
12 May 2026 13:13
“Dövlətçilik və ədəbiyyat: Heydər Əliyev dövrünün ədəbi mühiti”
12 May 2026 11:04
"Yada düşdü" jurnalının növbəti sayı işıq üzü görüb
08 May 2026 18:31
XALQA XİDMƏT FƏLSƏFƏSİ
08 May 2026 15:31
Ramiz Rövşənin şeirini bu dəfə öz qarşısında dedi - VİDEO
08 May 2026 11:46
Elmi poeziya idrak forması kimi - Əli Şirin Şükürlü yazır
08 May 2026 11:01
Min ölüm haqqında bir povest - “Labirint” - Esmira İsmayılova yazır
07 May 2026 14:39


Bakı -°C

