adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Mart 2018 16:14
74676
ƏDƏBİYYAT

“DURNALAR”IN SORAĞINDA

"Ümumtəhsil pilləsinin dövlətstandartları vəproqramları” (kurrikulumları) əsasındahazırlanmış VIIIsiniflər üçün "Ədəbiyyat" dərslik komplektlərində (Müəlliflər:Bilal Həsənov, Soltan Əliyev, Nuriyyə Verdiyeva, Aynur Mustafayeva, Səadət Məmmədova)Q.Zakirin "Durnalar" qoşmasının tədrisinə 2 saat vaxt ayrılır, 3-cü saatda isə həmin qoşmanın M.V.Vidadinin eyniadlıqoşması ilə müqayisəlitəhlili nəzərdə tutulur. Əvvəlcədən qeyd edim ki, oxşar mövzuda yazılmış əsərlərin öyrədilməsinə belə bir mövqedən yanaşma maraqlı və təqdirəlaiqdir. Müəlliflərin də qeyd etdiyi kimi, "Buistiqamətdə reallaşdırılan müzakirəisə əsərin məzmununun əhatəli, dərindən mənimsənilməsinə dəyərli töhfə verir". Bu təqdirlə yanaşı, məniçoxdan narahat edən bir problemə toxunmaq istəyirəm.

Birincisi, nəncə, M.V.Vidadinin "Durnalar" qoşmasını ixtisarla verilməsinə ehtiyac yoxdur. Ən azı,ixtisar olunmuş 4-cü bənddə əsərlərin fərqli cəhətləriilə bağlı müəyyənmüqayisə obyektləri var. Şagirdlər onlardanyararlanaraq maraqlı ümumiləşdirmələrapara bilərlər.

Ən çox narahatlıq doğuran cəhətQ.Zakirin dərslik kitabında verilən"Durnalar" qoşması ilə bağlıdır.Məlumdur ki, məşhur ədəbiyyatşunas Firudin Köçərli "Azərbaycanədəbiyyatı” (I cild."Elm", 1978, "Molla VəliVidadi təxəllüs" bölməsi, səh. 210-214) kitabında M.P.Vaqif, M.V.Vidadi və Q.Zakirin "Durnalar" qoşmalarını bütöv halda təqdim edərək müqayisəli təhlil aparıb. Maraqlısı budur ki, bu gün Vaqif və Vidadinin əlimizdə olan "Durnalar" qoşmaları, cüziredaktələri nəzərə almasaq, F.Köçərlininkitabındaki qoşmalarla eynidir.Ancaq hansı səbəblərdənsə Q.Zakirin dərslikdəki"Durnalar"ı ilə həmin kitabdaki qoşma xeyli fərqlidir:

Bir saathavada qanad saxlayın,

Rəhm edin didəmdə yaşa, durnalar!

Qatarlaşıb hansıyerdən gəlirsiz,

Qaqqıldaşa-qaqqıldaşa,durnalar?!

Bu viladə hər gün tökülür qanlar,

Yavaş-yavaş keçin, səsinizanılar.

Laçınyatağıdır bizim məkanlar,

Qorxuram sürbəniz çaşa, durnalar!

Diyari - qürbətdə müddətdi varam,

Gecə-gündüz vətən deyibağlaram,

Mən dəsizin kimi qəribi-zaram,

Eyləməyin məndən haşa, durnalar!

Mənsevmişəm onun çəmən-düzünü,

Nəsib ola, bir də görəm üzünü,

Yoxsadanışırsız vətənsözünü,

Veribsiniz nə baş-başa, durnalar!

Zakirəm,od tutub alışdı cigər,

Var isə canandan sizdə bir xəbər,

ğafületməyin,allahı sevər,

Dönməsinbağrınız daşa, durnalar!

Göründüyü kimi, əvvəlinci bənddə mühüm əhəmiyyət kəsb edən bir neçə söz,ifadə və hətta ayrı-ayrı bəndlərdəbütov misralar kimin tərəfindənsə dəyişdirilib. Firudin bəyinkitabındakı birinci bəndin, az qala, epiqrafkimi səslənən "Rəhm edin didəmdə yaşa, durnalar”misrası tamam çıxarılaraq "Nizam ilə gedən qoşadurnalar!" kimi verilib. Bumisranın yamaq olduğu, ənazı, ondan bəllidirki, durnalar qoşa yox, qatarlaşıb uçur. Buradakı "qoşa" sözü 4-cü misradakı qafiyənin "xətrinə" zorla pərçim edilib. Əsərinideya və məzmununu ifadə edən 2-ci bənddəki "Buvilada hər gün tökülür qanlar" misrası tamam çıxarılaraq müəyyən əlavə və yerdəyişmələrlə4-cü bəndə endirilib.Daha sonra qoşmada açar söz kimi işlədilən"vətən" məfhumu bir neçəyerdə "canan", "dilbər"sözləri ilə əvəzlənib və s. heç şübhəsiz, belə yersiz"əlgəzdirmələr" qoşmadakı başlicafikir vəideyanın müəyyənləşdirməyə imkan vermir.Belə çıxır ki, vətənpərvər şairin xiffəti,nigaranlığı vətəndən, orada hər gün tökülən qandançox, canan sarıdan imiş. Bizcə dərsilkdəki variant "Nəçidir məmləkəti çala,çapa dana-doluq" deyən qeyrətlişairin yaradıcılıq ruhu ilətam uzlaşmır. Məşhur ədəbiyyatşunasSalman Mümatazın 1925-ci ildə qələmə aldığı "Qasım bəyZakir" məqaləsindən gətirdiyimiz sitat maraqlıdır: "Zakirdənəvvəl elin və xalqın dərdlərindən sözgəlişi qəbilindənolaraq üstüörtülü surətdəbir və ya iki beyt yazan tək-tük şairlərimiz olmuşsa da, Zakir kimi cəsarətli,hərbir sinfin eybini, suçunu apaçıq üzünə çırpıb xəyanət və cinayətindətamamilə gözlərinin içinə söyləyəniolmamışdır... və sevdiyi elin,xalqın dərdlərinə,müsibətlərinə də səmimiyyətlə şərik olmuşdur"(Bax.:Salman Mümtaz. Azərbaycan ədəbiyyatınınqaynaqları. Bakı, "Yazıçı", 1986, səh.111)Heç şübhə yoxdur ki, yurda bağlılıq, vətəntəəssübü dərslikdə yox, Firudun bəyin təqdimetdiyi qoşmada daha qabarıq görünür. Odur ki,müqayisəli təhlili F.Köçərlinin təqdim etdiyivariant əsasında aparmağı məqsədəuyğunhesab edirəm.

Əvvəlki məşğələlərdəşagirdlərin idraki fəallığını inkişafetdirməküçün artıq bəzi pedaqoji və psixoloji mexanizmlərmövcuddur. Belə ki, problemin qoyulmasımüqayisə və tutuşdurma üsulundan və bəzianalogiyadan istifadəyə imkan verir. Mən məşğələninqruplarla iş formasında aparılmasına üstünlük verirəm.Tədqiqatın gedişinəistiqamət vermək üçün əvvəlcə motivasiyayaradır, qeyd edirəmki, ayrı-ayrı dövrlərdəqələmə alınmasına baxmayaraq, durnalara müraciətləyazılmış şerlərdə vətənindən, elindənayrı düşmüş insanların el-obaya, ailəyə,sevgiliyə sonsuz məhəbbət tərənnümolunur, müəlliflərin ciddi ictimai mətləbləri və gizli niyyətləri öz əksinitapır. Bunları araşdiqmaqla əsərlərin əsas ideya-məzmununubaşa düşmək mümkündür.

dqiqatın aparılması qoşmaların fərdioxunuşundan, tanış olmayan sözlərin mənasınıaydınlaşdırmaqdan, ayrı-ayrı misra vəbəndlərdə ifadə olunmuş fikirlərlə tanışlıqdanbaşlayır. Təcrübə göstərir ki, şagirdlərVidadinin qoşmasındakı fərqliyanaşmaları müstəqil şərh etməkdə çətinlik çəkirlər.Çünki Vaqifin "Hayıf ki, yoxdur" qoşması tədrisedilərkən XVIII əsrinictimai-siyasi hadisələrindən, xanlıqlardövrünün bəzi faciələrindən xəbərdar olsalar da, Vidadininhəyatı, onun poeziyasının ideya-fikirmənbələri barədə məlumatlarıçox azdır. Buna görə şairin yaradıcılığındakı kədərnotlarını, xüsusilə "Durnalar"qoşmasındakıbədbin ruhun səbəbini izah etməkdə çətinlikçəkirlər. Kömək üçün müvafiq zəruri mənbələri əvvəlcədən göstərməkləyanaşı, şəxsi kitabxanamda hər iki şairin həyat vəyaradıcılığı barədə bir neçə bədii, elmi və metodik ədəbiyyatısinfə gətirirəm. Bələdçiliyim iləlazımi mətn, fikir və müvafiq məlumatlarlakollektiv tanışlıqdan sonra şagirdlərdə canlanmamüşahidə olunur. Burada istiqamətləndiricisualların rolunu da xüsusi qeyd etmək istəyirəm. Məsələn,belə bir suala cavab hazırlamaqla şagirdlərinfəallığını təminetmək olur: "Vidadi nə üçün durnalara təkidlə: "Birbaş çəkin dərdiməndin halına"-deyir?”

Xeyli hazırliqdan, qruplararası məlumatmübadiləsindən sonra belə bir yekun qənaətformalaşır: Vidadinin "Durnalar"qoşmasında lirik qəhrəmanıdüşündürən aşiqanə hiss, həyəcan deyil, zülm çəkəninsanın mənəvi aləmidir. O, dünyaya sanki əzabkeşolmağa gəlib.Pisi odur ki, yaşadığı cəmiyyətdə lirik "mən"i başa düşən bir qəmxaryoxdur. Mənəvi təklik onu sıxdığınagörə, göydə uçan durnalardan imdad diləyir. Bəlkə, uzaq ellərdə -durnaların getdiyi diyarda Xəstə Vidadinin dərdinə əlacbir həmdəm tapıla. Yəni Vidadi "Durnalar"qoşmasında da ənənəvi bədiiüslubuna sadiq qalır. Onun şerlərində kədər şəxsiyox, ictimai məna daşıyır, ağrı insanlarasevgi və sədaqətdəndoğur. Özünun dediyi kimi: "Ağlamaq ki,vardır məhəbbətdəndir".Çox düşündürücü ifadədir. Şübhəsiz, ağlamaqqərib, kimsəsiz, məzlum insanlara mərhəmətvə mürvətin özünəxas forması idi.

Qoşmalar arasında ruhi yaxınlıq olsada, bəzi üsul və üslub xüsusiyyətlərinə görə,fərqlənirlər. Belə ki, hər iki şair dünyaya öz qəlbininaynasından baxaraq durnalara müraciət edir. Məsələn,cəfa və möhnətdən usanan Vidadi zənn eyləyir ki, durnalar da onun kimi qəm vəqüssədən nalə çəkir:

Qatar-qatar olub qalxıbhavaya,

çıxıbsız asimana, durnalar!

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,

Üz tutubsuz nə məkana,durnalar!

Bu bədii lovhədə qürbətdə yaşayaninsanın ayrılıq və möhnət hissi incə və təsirliverilib. Fikri inkişaf etdirmək üçün müəllimin bir daha istiqamətvericisualına ehtiyac duyulur. "Nəyə görə,şair Vidadi durnaların lirik nəğmələrinidinlədikcə kədərlənir?”

Əhatəli müzakirə aparan şagirdlər belə qənaətəgəlirlər ki, bu qoşmada da durnalar onlarıgözləyən təhlükədən xəbərdaredilir. Yolları hərami, şahin-şonqarla doludur, həran qızıl qana boyana bilərlər.Sualın alt qatındakı fikrə ətraflıcavabı isə, əlbəttə, təqdim şairin digərqoşmasında tapdılar. Çünki həmin şeirdə uzun illərqəriblik görmüş Vidadinin əhval-ruhiyyəsi, düşüncəsiaydın əks olunub:

Mən görmüşəm bu qürbətindadını,

Yanıb-yanıb çox çəkmişəmodunu,

Qəmlənirsən hər görəndəşadını,

Bir gün olub Vətəndeyib ağlarsan.

dqiqatın gedişindəşagirdlər Zakir qoşmasınakı xüsusiyyətləridə fərqləndirməyi bacarırlar.

Zakirin "Durnalar" qoşması Vidadinineyniadlı qoşmasına nəzirəkimi yazılsa da, orijinaldır, ictimai məzmundaha güclüdür. Şair "Bu vilada hərgün tökülür qanlar" həqiqətini dilə gətirməklə Vidadi şerindəki mücərrədliyixeyli konkretləşdirir. Zakir yaşadığı dövrünmürəkkəb,ağır həyat mənzərəsini təsvir etmək üçün təbiətvə cəmiyyətdə baş verən hadisələriqarşılaşdırır. Cəmiyyətdəki insanlar kimi səmadakıdurnalar da qəmlidir.Şair duyduğu qorxudan söz açıb təmənna eyləyirki, onlar laçın yuvası olan bu məkanlardan səssiz-səmirsizötüşsünlər. Cəmiyyətin eyiblərini sənət dili ilə açan şair fikrini bəzəneyhamla da ifadə edir. Fikrin və hissin bir-birini tamamlamasıZakirin lirikasında diqqəti cəlb edən keyfiyyətlərdir.

Daha sonra şagirdlər Zakirqoşmasındakı vacib bir xüsusiyyəti də şərhedirlər. Sələfindən fərqli olaraq "Zakirəm, od tutub alışdıcigər,Var isə canandan sizdə bir xəbər"- deyən şairin qoşmasında aşiqanəhiss və həyəcanın ifadəsiaydın duyulur. Beləliklə, şair şeirdə ikiəsas keyfiyyəti - vətən həsrəti və ülvi məhəbbəti vəhdətlə vermiş olur. Beləbir yanaşma hər iki varlığa diqqətvə qayğının özünəməxsusforması kimi mənalısəslənir.

Şagirdlərin ümumiləşdirmələrinə əlavə edirəmki, qoşmadakı məhəbbət təkcəcavanlığa məxsus hissin təlatümü kimi verilməyib, əksinə,daha geniş əxlaqi etik səciyyə daşıyır. "Məhəbbət Zakirdə ülvi, yüksək, insanın mənəvi aləmini saflaşdıranbir ölçü timsalıdır. O da özündənəvvəlki sələflərikimi insanın cəmiyyətdəkimövqeyinə,yaşamağa layiq olub-olmamasına məhəbbətin,yüksək eşqin gözü ilə ölçülür" (professorKamran Məmmədov).

Zakir də rəsm etdiyi bədii lövhədə (qoşmada)böyük sələfi kimi, bir sıra zəruriinsani keyfiyyətləri məhəbbətə bağlamaqla bu məfhumbarədə öz fikir və mülahizələrini ifadəedir. Ənbaşlicası, zəmanəninsarsıntıları ilə özünün daxili hisslərini,keçirdiyi əhvali-ruhiyyəni bacarıqla əlaqələndirir.

Təqdim etdiyimiz bir istiqamətləndiricisuala cavab hazırlamaqla da şagirdlərqoşmadakı bəzi məqamlaraaydınlıq gətirdilər. "Zakirin istər heca,istərsə də, əruz vəznindəyazdığı şeirlərdə sənətkarınhəyatanikbin baxışı üstünlük təşkiledir. Bəs niyə"Durnalar"qoşmasında onu gözüyaşlı görürük?”

Şairintərcümeyi-halı iləbilavasitə bağlı bəzi tarixi mənbələrə əvvəlki məşğələlərdəbələd olan şagirdlərin cavabı qənaətbəxşdir.Araşdırmamızdan məlumoldu ki, Zakirin yaradıcılığında xanların, bəylərintənqidi xüsusi yer tutur. Yerli çarhakimi Tarxan-Mouravov, Şuşanın polis rəisi"yarımsaqqal" Əmiraslanov,komendantı keçəl qurumsaq Xandəmirovkimi satqınları ifşa edən şeirlərinin xalqarasında rəğbətləqarşılanması onları narahat edirdi. Həminsatqınlar da şairi həbs etmək üçün böhtana əlatırlar. Guya Zakir çar məmurlarınadivan tutan dəstəninbaşçısına - qardaşı oğlu Behbud bəyə hərcür dayaq olur. Nəticədə, 1849-cu ilin oktyabırındaTarxan-Mouravovun dəstəsiəvvəlcə şairin oğlu Nəcəfquluvə qardaşı oğlu İsgəndərbəyi, ardınca da özünü qolubağlı Şuşaqalasındakı dustaqxanaya göndərir. Bir müddət təkadamlıqkamerada əzab çəkənşair sonralar Bakıya sürgün edilir. Bu ədalətsizhökmdən müxtəlif yerlərə şikayət ərizəsi yazsa da, müsbətcavab almaması, o cümlədən,qardaşı oğulları Rüstəm bəy və Behbud bəyinvəhşicəsinə öldürülməsi, ailə üzvlərinin pərən-pərənolması, doğma Xındırıstan kəndinintalanı, əlbəttə,qoca şairi sarsıtmaya bilməzdi. Qəm suyuna çəkilmiş"Durnalar" qoşmasını da Bakıda sürgündəolan vaxt yazıb.

Bütüngörülmüşişlərin metodik təsvirini bir məqalədə vermək çətinolduğuna görə, ən vacib məqamlarışərh etməklə kifayətlənirəm. Nəhayət, dərsinsonunda müəyyən meyarlar əsasında apardığımformativ qiymətləndirmənin nəticələrini sinfəelan edirəm.

Axırda iş təcrübəmdən çıxış edib bəziqənaətlərimi də həmkarlarımlabölüşmək istəyirəm. Əsasən, bu cür mövzularıntədrisi müəllimdən dərinbilik, xüsusi bacarıq vəmetodik ustalıq tələb edir. Belə ki, müqayisəli təhlilləbağlı suallara cavabları şagirdlər yalnız 3-cü dərsdəhazırlamır. Əvvəlkiməşğələlərdəaxtarışlar aparır, müqayisə üçün müəyyən bilgi əldəedirlər. Çünki 30 dəqiqə ərzində hər hansı ətraflıtədqiqatınaparılması mümkün deyil. Sonuncu dərsdə əsasənqruplararası məlumat mübadiləsiaparılır və işguzar müzakirələrdən sonra müvafiq nəticələrçıxarılır.

Bir iradımı da bildirmək istəyirəm. Xüsusilə,VII-IX siniflərdəyaradıcıliğından bəzinümunələr tədris edilən hər hansı sənətkarınhəyat və fəaliyyəti barədə müəyyən məlumat,mətn, oçerkin verilməməsi həmin dərslik kitablarınınnöqsanı sayılmalıdır. Axı 10-cu sinfin dərslikkitabında müəyyənicmal materialı verilir, aşağı siniflərdəisə bu zəruri keyfiyyətləri görmürük. Əksinə, deyilənləraşağı siniflərdənbaşlanmalıdır, bunun səmərəsi daha çox olar. Klassik Azərbaycanədəbiyyatına xeyli töhfəverən və ədəbi dilimizin inkişafında xüsusipayı olan şair M.V.Vidadinin haqqında heç bir məlumatvermədən (əlbəttə, dərslikdə)şagirdlərdən nələri isə tələbetmək absurddur. Maraqlıdır, metodik vəsaitdəmüəllimlər müəyyən qədər təlimatlandırılsalarda, dərslikkitabında şagirdlərə heç nə verilmir. Son təhsilislahatı dönəmindətez-tez səslənən "Şagirdlərə hazır bilik vermək olmaz" təklifinibirmənalı olaraq qəbuletmirəm. Axı məktəbtəcrübəsi bir daha təsdiq edir ki, şagirdləri hərhansı problemin həlli üçün müvafiq bilik vəbacarıq verildikdən sonra müstəqil tədqiqata cəlbetmək olur. Həm də müasir elektronkitabxana oxucuların tələbini hələ tam ödəyəbilmir.

Əlbəttə, bütün bu deyilənlər şəxsi iş təcrübəmdəndoğan qənaətimdir. Sinanırıq ki, tədrisin səmərəliliyinaminə dərsliklərdəkibu və digər çatışmazlıqlar gələcək nəşrlərdəaradan qaldırılacaq.

Ədəbiyyat:

1.Firudunbəy Köçərli. Azərbaycan ədəbiyyatı.Birinci cild. "Elm" nəşriyyatı, Bakı-1978.

2.SalmanMümtaz. Azərbaycan ədəbiyyatınınqaynaqları. Zakir, Bakı, 1986.

3.KamranMəmmədov.Qasım bəyZakir. "Gənclik”,Bakı,1985.

4.SüleymanHüseynov. Qasim bəyZakir. Bakı, 2010.

5.Ə.Səfərli.Molla Vəli Vidadi. "Azərnəşr",Bakı, 1977.

6.T.Dünyamalıyeva.Molla Vəli Vidadi."Yazıçı", Bakı,1987.

rhadXUBANLI,

pedaqoji elmlər üzrə fəlsəfədoktoru,

GürcüstanRespublikası Saqareco rayonu

Ləmbəliictimai məktəbinin baş müəllimi.