Dünyanın ən..ən...ən... çayları – paralel baxış
Azərbaycan təbiətini möhtəşəm, ecazkar edən uca dağları, zümrüd meşələri, yaşıl cəmənləri, güllü-çiçəkli yamacları ilə bərabər həm də, mavi gözlü gölləri, şaqraq səsli gur çaylarıdı. O, gurultulu, şən nəğmə kimi dağların qoynundan axıb gələn, torpağımıza, həyatımıza, yaşayışımıza can verən çaylarımız , eyni zamanda dünyanın eyni statusunda olan çayları haqqında oxucularımıza geniş məlumatlar vermək istəyirik.
Adalet .az xəbər verir ki, Azərbaycanda 8400-ə yaxın çay var. Uzunluğu 5 km-dən artıq çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-dən çoxdur. Yalnız 2 çayın uzunluğu 500 km-dən çoxdur.
Uzun caylar...
1. Azərbaycanda Kür çayı uzunluğuna görə, ən böyük çaydı-1515 km-dir. Araz-1072- km, Qanıx-413 km, Qabırrı - 389 km, Samur-216 km, Tərtər-200 km;

1. Dünyada ən uzun çay isə Cənubi Amerikadakı Amazondur. Onun uzunluğu 6992 km-dir. Sonrakı yerləri Nil çayı(Afrika)– 6,650 km, Yansızı çayı, (Asiya)–6,300 km, Missisipi çayı (Şimali Amerika)– 6,275 km uzunluğu ilə tutur.
Şəlaləli çaylar
2.Azərbaycanda üzərində şəlalə yaranan bir cox çaylar var. Təbiətin incəsənət əsəri kimi dəyərləndirilən şəlaləli çayları Dəmiraparan (Mucux şəlaləsi), Tərtər, Katexçay, Vəlvələ, Kürmükçay və başqaları hesab olunur.

2. Cənubi Afrikada yerləşən Viktoriya şəlaləsi dünyanın ən əzəmətli şəlalələrindən biri sayılır. Naçi şəlaləsi Yaponiyanın fasiləsiz axan ən uzun şəlaləsi özəlliyini daşıyır. "Qızıl şəlalə” mənasını verən Gullfoss İslandiyada Ağ çayın üzərində yerləşən iki qatlı və 32 metr hündürlüyündədir. Daimi yağışlar və əriyən buzlaqlar səbəbilə yay mövsümündə Avropanın ən böyük şəlaləsi olur. ABŞ və Kanadanın sərhəddində yerləşən Niaqara şəlaləsinin uzunluğu 800 metr, hündürlüyü isə 48 metrdir. Amerika hissəsində yerləşən şəlalənin uzunluğu isə təxminən 320 m, hündürlüyü 51 metrdir.Venesuelanın sərhədləri daxilində yerləşən, 979 metr hündürlüyü ilə dünyanın ən böyük şəlaləsi ünvanına sahib Anxelin suları ümumilikdə 807 metr maneəyə rast gəlmədən axır və bənzərsiz mənzərə yaradır. Hindistanın ən hündür şəlalələrindən biri olanYoq. Şaravathi çayının 253 metr yüksəklikdən aşağı tökülməsi nəticəsində yaranıb. Yağışlı mövsümlərdən öncə bir neçə incə su sızıntısından ibarət olan şəlalə musson yağışları başlayanda möhtəşəm bir su axıntısına çevrilir.
Çirkli çaylar


Amazon və Konqodan sonra dünyanın üçüncü bol sulu çayı olan Qanq Cənubi Asiyadan axır. Çay öz başlanğıcını Himalay dağlarının buzlaqlarından götürərək, Hindistan və Banqladeş ərazisindən keçir və Hind okeanında Benqal körfəzinə tökülür. Elə ən böyük deltanı da Qanq çayı əmələ gətirir. Onun sahəsi 105640 km2 təşkil edir.Uzun illərdir hindular öz müqəddəs çaylarına səcdə edirlər. Onlar hesab edirlər ki, Qanq ölülərin ruhunu günahlardan təmizləyir. Odur ki, dəfn mərasimlərində öncə cəsədə xüsusi maddə sürtür, sonra isə yandırıb, külünü Qanqa tökürlər. Bəzi kasıblar isə ayinə tələb olunan maddəni ala bilmədikləri üçün doğmalarının nəşini yandırmadan birbaşa Qanqa atırlar. Bunlarla yanaşı, çaya 450 milyon əhaliyə xidmət edən kanalizasiya sistemindən hər gün 4800 milyon litr çirkab su axıdılır. Buraya fabrik və zavodların sənaye tullantıları və yarım milyon tondan artıq plastik kütlə atılır. Əhalinin kasıb təbəqəsi isə bu suda paltarlarını yumaqdan və çimməkdən çəkinmir.

Su təbiətin əvəzsiz nemətidir. Eyni zamanda Allahın verdiyi ən böyük bəxşişdir. Elə ölkələr var ki, bu neməti qonşu dövlətdən pulla alır. Dünyada isti iqlim olan ölkələrdə yayda susuzluqdan insanlar. Yaşıllıq, heyvanat aləmi məhv olur.
Belə, faktlara mütəmadi rast gəlinir.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 May 2026 13:59
Bütün dünyada işıq kəsiləcək
12 May 2026 16:45
“The Simpsons” bunu da bilib
12 May 2026 12:00
Biz ət yeyən millətik...
12 May 2026 09:48
Günün sitatı
11 May 2026 09:15
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob keçirildi - VİDEO
08 May 2026 09:13
Minlərlə bitki növü yox olur - Xəbərdarlıq
07 May 2026 13:00
Antibiotik qəbul edən qadının başına iş gəldi
07 May 2026 12:35


Bakı -°C

