adalet.az header logo
  • Bakı -°C
12 May 2026 16:45
108
MARAQLI
A- A+

“The Simpsons” bunu da bilib

“The Simpsons” çoxseriyalı animasiya filminin yaradıcılarının kruiz gəmisində hantavirus yayılmasını öncədən “proqnozlaşdırdığı” iddia olunub.

Adalet.az xəbər verir ki, buna Böyük Britaniyanın "The Daily Mirror" qəzeti diqqət çəkib.

Nəşrin məlumatına görə, 2012-ci ildə yayımlanan “Simpsonlar”ın 23-cü mövsümünün 19-cu seriyasında ailə başçısı Homer həyat yoldaşı Marj və üç övladı Bart, Liza və Meqqi ilə birlikdə kruiz gəmisində səyahət edir. Birdən onların dənizdəki istirahəti siren səsləri və televizor ekranında general Uilyam Sallivanın videomüraciəti ilə yarımçıq qalır. General sərnişinlərə “Pandora” adlı ölümcül virusun sürətlə yayıldığını bildirir. Bundan sonra gəmidə panika başlayır.

“Simpsonlar” ABŞ televiziya tarixinin ən uzunömürlü animasiya serialı hesab olunur. Layihə "Gracie Films və 20th Century Fox Television" tərəfindən istehsal edilir.