Dövlət başçısı: "Biz Ermənistanla, himayədarları ilə, dünya erməniliyi ilə müharibə aparmışıq və qalib gəlmişik"
"Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların nə siyasi, nə iqtisadi, nə də insan resursu yoxdur".
Adalet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
"Hesab edirdim ki, Ermənistanda anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi. 30 ilə yaxın davam edən danışıqların işğalı əbədiləşdirmək, Ermənistan işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə biz heç vaxt buna razı ola bilməzdik.
Vətən müharibəsində göstərdiyimiz iradə, qətiyyət döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Biz tək Ermənsitanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq. Biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə qələbə qazanmışıq. Ona görə bu qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var döndü yoxdur", - Prezident bildirib.
Digər Xəbərlər
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12
"İnsanlar yolu tək deyil, 8-10 nəfər toplaşdıqdan sonra keçsinlər" - Deputat
13 Mart 2026 16:46
MN-dən Türkiyəyə atılan raketlə bağlı açıqlama
13 Mart 2026 14:34
Naxçıvanda əhalinin sayı artıb
13 Mart 2026 12:51


Bakı -°C

