XRİTDX-nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndəsi Tural Məmmədov 7–10 sentyabr 2026-cı il tarixlərində Fransanın Strasburq şəhərində keçirilən “Underground Economy 2026” (UE26) beynəlxalq kibertəhlükəsizlik tədbirində spiker qismində iştirak edib.
Adalet.az xəbər verir ki, “Underground Economy 2026” qapalı beynəlxalq platformada kibertəhlükəsizlik və təhdid kəşfiyyatı üzrə mütəxəssislər, hüquq-mühafizə orqanlarının nümayəndələri və siyasət formalaşdıran şəxslər bir araya gəlib. Tədbirdə XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov “Politically Motivated Cyber Operations” – “Siyasi motivli kiberəməliyyatlar” mövzusunda çıxış edib.
Çıxış zamanı T. Məmmədov siyasi və geosiyasi proseslərin kiberəməliyyatların hədəf seçiminə, zamanlamasına və məqsədlərinə təsiri, kiberfəaliyyətlərin texniki telemetriya və geosiyasi kontekst əsasında kompleks təhlili, dövlət informasiya infrastrukturlarına qarşı təhdidlərin erkən mərhələdə müəyyənləşdirilməsi məsələlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tural Məmmədov siyasi motivli kiberəməliyyatların qiymətləndirilməsində yalnız texniki indikatorlara əsaslanmağın kifayət etmədiyini, hədəfin strateji əhəmiyyəti, siyasi zamanlama və həyata keçirilən kampaniyanın ümumi məntiqinin nəzərə alınmasınında zəruri olduğunu qeyd edib.
Təqdimatda həmçinin mərkəzləşdirilmiş monitorinq və kibertəhdid kəşfiyyatı imkanlarının ayrı-ayrı zəif siqnalları vahid mənzərədə əlaqələndirməklə potensial kiberəməliyyatların ilkin mərhələdə aşkarlanmasında mühüm rol oynadığı bildirilib. Bu çərçivədə XRİTDX-nin Dövlət CERT Mərkəzinin praktiki təcrübəsi və tətbiq olunan yanaşmalar tədbir iştirakçılarına təqdim olunub.
Digər Xəbərlər
10 Oktyabr 2026 17:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirib
10 Oktyabr 2026 16:36
İlham Əliyev Kadırovla birgə nahar edib - FOTOLAR
10 Oktyabr 2026 16:16
Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - FOTOLAR
10 Oktyabr 2026 15:46
İlham Əliyev Kadırovu qəbul etdi - FOTOLAR
10 Oktyabr 2026 13:56
“Həmin qərarı dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirmək doğru deyil”
10 Oktyabr 2026 12:16
Bakıda bu əraziyə istinad divarı çəkiləcək - VİDEO
10 Oktyabr 2026 11:26
Yol polisi sürücülərə müraciət etdi
10 Oktyabr 2026 11:10


Bakı -°C

