adalet.az header logo
  • Bakı -°C
09 Sentyabr 2026 13:24
32
GÜNDƏM
A- A+

“İsraili düşmən göstərib İslama və müsəlmanlara qarşı savaşmaq...”

“Yəməndə fars Sasani işğalına qarşı beynəlxalq aləm tərəfindən tanınan hökumət və tayfalar savaşa başlayıb. Paytaxt Səna uğrunda döyüşlər gedir. 570-ci ildə Sasanilərin Yəməni işğalı zamanı orada yerləşdirilən fars tayfalarının indiki törəmələri məlum Husi qruplaşmasının əsas özəyini təşkil edir”.

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.  

O, bildirib ki, İslamda ilk məzhəb parçalanması yaradaraq ümmət arasında nifaq salıb İmam Əliyə ilahlıq isnad edən, "Ricət" yəni o dünyadan bu dünyaya yenidən qayıdış (Mirzə Cəlilin "Ölülər" əsərini xatırlayın), Əhli Beytin ilahiləşdirilməsi, səhabələri söymək, Quranı yanlış yozaraq təhrif etmək kimi inancları dinə əlavə edən Abdullah bin Səba da əslən Yəmənin Səna şəhərindən olan anası fars, atası yəhudi olan şəxsdir: 

“Bəzi mənbələrə görə Mədainə sürgün edilmiş, bəzi mənbələrə görə isə İmam Əli tərəfindən tərəfdarları ilə birgə Kufədə quyuya tökülərək diri-diri yandırılmışdır. Lakin farslar daha sonra İbn Səbənin əqidəsini mənimsədilər və İslamı tikə-tikə, müsəlmanları da parça-parça etdilər. (Əlavə edim ki, fars müəllif Mürtəza Əskərinin guya tarixdə İbn Səba adlı şəxsin olmamasını sübut etmək üçün yazdığı kitab tamamilə elmdən uzaq, subyektiv və əsassız rəvayətlərə söykənir. Sadəcə gizli şüubiyyə ideologiyasını ifşa olmaqdan qorumağa yönəlik cəhddir. İbn Səbanın varlığı, fəaliyyəti, törətdiyi dəhşətli fəsad əksər klassik mətn və mənbələrdə mövcuddur.)İslam tarixində ilk xəlifə qatili də farslardır. Xəlifə Ömərə terror edən Firuzun Kaşan şəhərində türbəsi də var. Bu gün də ziyarət olunur. Hətta Azərbaycandan da ziyarətinə gedənlər var. Sasanilər imperiyasını çökdürüb əhalini müsəlman edən xəlifəni və Xalid bin Vəlid kimi ordu komandanlarını lənətləyərkən: "bizi müsəlman etdikləri üçün söyürük" demirlər. Çünki bu, özünüifşa olar. Qondarma nağıllar uyduraraq hərəsinin üstünə bir iftira yaxıb o cür söyürlər. Məsələn, Ömərin guya İmam Əlinin həyat yoldaşını qapı arasında qoyub öldürməsi haqda, Xalidin guya zinakar olması haqda məhz fars müəlliflər tərəfindən rəvayətlər qondarıb o bəhanə ilə lənətləyirlər. Hansı ki, Xalid bin Vəlid Peyğəmbər tərəfindən "Allahın qılıncı" (Seyfullah) elan edilib və yüzdən çox iştirakçısı və komandanı olduğu heç bir müharibədə məğlub olmayıb. Roma və Sasanilərə qarşı qalibiyyətin əsas strategiyasını cızan və həyata keçirən sərkərdədir.Bu gün də həmin siyasət davam edir. İbn Səbadan sonra müsəlmanlar iki cəbhədə savaşmağa məcbur oldular. İmam Əlinin özü də buna məcbur olmuşdu. Küfr cəbhəsi və nifaqçı, xain fars cəbhəsi ilə. Onun ordusunda parçalanma yaradanlar da Sasanilər çökəndən sonra müsəlman kimliyi ilə üzdə ona qoşulanlar idi. Üzə çıxmır, Əşəs bin Qeys kimi nüfuzlu ərəb qəbilə başçılarının əli ilə xəlifəyə təziq edirdilər. İndi də İsraildən süni düşmən obrazı yaradaraq əslində Sasani imperiyasının yeni sərhədlərini bərpa etməyə cəhd edirlər. Vaxtilə İraqla savaşıb bir milyon müsəlmanın qanına bais oldular. Sonra Suriyada minlərlə, İraqda yüz minlərlə müsəlman qanı tökdülər. ABŞ ilə müttəfiq olub İraqı böldülər. 70 min də Qəzzada İsrailə öldürtülər. İsrail İranın düşməni deyil, sadəcə düşmən obrazıdır. Bir-birini yaşadır, gücləndirir, rəqabət hətta müharibə şəraiti yaradaraq əsl hədəflərinə doğru irəliləyirlər. Əsl düşmən isə klassik və müasir fars müəlliflərin dini, məzhəbi mətnlərində göstərilənlərdir. İsraili düşmən göstərib İslama və müsəlmanlara qarşı savaşmaq şüubiyyə batinilərinin əsas metodlarındandır. Söhbət şüubiyyə farslarından gedir. Yoxsa ümumilikdə bir xalqa qarşı tənqidi yanaşmaq obyektivlikdən uzaq olardı. Peyğəmbərin Salman Farsi kimi dəyərli səhabəsi olub. Xəlifə Ömər onu Sasanilərin fəth olunmuş paytaxtı Mədain (Ktesifon) şəhərinə vali təyin etmişdi. Ləyaqətlə işləyib ömrünü başa vurdu. Farsların Xəyyam, Hafiz, Sədi kimi dəyərli dahiləri var”.

Vasif ƏLİHÜSEYN