“Əgər sübut təsdiqlənərsə, bu nəticə suyun...”
““OpenAI” süni intellekt agentlərinin riyaziyyatın ən məşhur açıq suallarından birini — Navye–Stoks tənliklərinin mövcudluq və hamarlıq problemini həll edən sübut hazırladığını açıqlayıb; lakin nəticə hələ müstəqil ekspertlər və Clay Riyaziyyat İnstitutu tərəfindən rəsmən təsdiqlənməyib”.
Adalet.az xəbər verir ki, bunu tanınmış telejurnalist İbrahim Nəbioğlu deyib.
O, bildirib ki, bu tənliklər suyun, havanın və başqa maye-qaz axınlarının necə hərəkət etdiyini təsvir edir:
“Məsələ 2000-ci ildə Clay İnstitutunun seçdiyi yeddi böyük riyazi sualdan biri olduğu və düzgün həllinə bir milyon dollar mükafat qoyulduğu üçün “Minilliyin problemi” adlanır. Riyaziyyatçılar onilliklərdir soruşurdular: hamar başlayan üçölçülü axın həmişə hamar qalır, yoxsa müəyyən anda tənliklərin idarə edə bilmədiyi bir sinqulyarlıq yaranır? Sinqulyarlıq o deməkdir ki, sürət və ya burulğanlıq kimi bir kəmiyyət sonlu zaman ərzində nəzəri olaraq sonsuzluğa yüksəlir və riyazi model həmin nöqtədə “partlayır”. OpenAI-nin irəli sürdüyü isbat məhz belə bir sonlu-zaman sinqulyarlığının mümkün olduğunu göstərir. Əgər sübut təsdiqlənərsə, bu nəticə suyun həqiqətən sonsuz sürətə çatdığını deyil, klassik tənliklərin müəyyən ekstremal şəraitdə hansı riyazi sərhədə dirəndiyini göstərəcək. Bəşəriyyət üçün əsas qazanc dərhal daha yaxşı təyyarə və ya hava proqnozu deyil, turbulentliyin mahiyyətini anlamağa aparan yeni riyazi üsulların yaranması və süni intellektin artıq elmin ən çətin problemlərində də yeni bilik istehsal edə bildiyinin nümayişidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Sentyabr 2026 11:11
XRİTDX-nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edib
09 Sentyabr 2026 19:20
DİN-in yeni vəzifəsi müəyyənləşdi
09 Sentyabr 2026 19:11
Leyla Əliyevanın Madriddə ispan dilində çıxışı - VİDEO
09 Sentyabr 2026 17:09
FHN-dən Şəkidəki hadisə ilə bağlı AÇIQLAMA
09 Sentyabr 2026 13:24
“İsraili düşmən göstərib İslama və müsəlmanlara qarşı savaşmaq...”
09 Sentyabr 2026 12:26
Sabah Bakıda yağış yağacaq
09 Sentyabr 2026 10:53
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
09 Sentyabr 2026 09:53


Bakı -°C

