Həmin “zipline”da avqustda da ciddi problem olubmuş - VİDEO
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzindəki “zipline”nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub.
Adalet.az Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib.
Belə ki, turistlər “zipline”a miniblər. Lakin mənzil başına çatmadan yolda qalıblar. Onları istirahət mərkəzinin əməkdaşları xilas edib və “zipline”dan endirib.
Qeyd edək ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində “zipline”nın kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Digər Xəbərlər
25 Oktyabr 2026 15:36
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
24 Oktyabr 2026 15:38
Zığda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB
23 Oktyabr 2026 18:10
4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan
23 Oktyabr 2026 10:38
Reza Deqati YARALANDI
23 Oktyabr 2026 10:28
Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü
22 Oktyabr 2026 16:34
Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu
22 Oktyabr 2026 13:06
Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı
22 Oktyabr 2026 11:02


Bakı -°C

