Doğuşdan sonra bu addım ana və körpə üçün çox önəmlidir
"Körpənin doğulduqdan sonra mümkün qədər erkən ana südü ilə qidalandırılması tövsiyə olunur".
Adalet.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, ananın və körpənin vəziyyəti imkan verirsə, uşaq doğulduqdan sonra ilk bir saat ərzində döşə qoyulmalıdır:
"İlk bir saat ərzində döşə qoyulma həm ananın, həm də körpənin sağlamlığı üçün əhəmiyyətlidir. Döşə qoyulduqda anada oksitosin hormonu ifraz olunur. Bu hormon uşaqlığın yığılmasına və qanaxmanın qarşısının alınmasına kömək edir".
A.Məmmədova qeyd edib ki, ana südü ilə qidalandırmanın qadın sağlamlığı üçün də uzunmüddətli faydaları var. Belə ki, ana südü ilə qidalandırma yumurtalıq və süd vəzi xərçəngi, eləcə də II tip şəkərli diabet riskinin azalmasına kömək edə bilər.
Pediatr ilk günlərdə körpənin saatla əmizdirilməsinin vacib olmadığını vurğulayıb.
"İlk sutkalarda analara xüsusi rejim tətbiq etməyi, saatla qidalandırmağı tövsiyə etmirik. Körpənin ehtiyacı olduqda döşə qoyulması məsləhətdir. Ümumilikdə isə sutka ərzində 8-12 və daha çox dəfə qidalandırılmalıdır".
Digər Xəbərlər
05 Avqust 2026 15:30
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
05 Avqust 2026 10:16
Kahı 10 mindən çox insanı xəstəxanalıq etdi - Ölkəyə idxalı dayandırıldı
04 Avqust 2026 17:47
11 aptekdə nöqsan aşkarlandı
03 Avqust 2026 09:57
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
02 Avqust 2026 15:00
Səhərlər acqarına bunu etmək faydalıdır, yoxsa zərərlidir?
02 Avqust 2026 14:19
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
01 Avqust 2026 08:36
Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər
31 Iyul 2026 17:43


Bakı -°C

