Kahı 10 mindən çox insanı xəstəxanalıq etdi - Ölkəyə idxalı dayandırıldı
ABŞ-də 10,4 mindən çox siklosporoz hadisəsi laborator şəkildə təsdiqlənib. Bununla da ölkədə müşahidə tarixinin ən böyük parazitar xəstəlik epidemiyası qeydə alınıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) məlumat yayıb.
İlkin məlumatlara görə, xəstəliyin yayılmasına səbəb Meksikadan gətirilən və Taco Bell restoranlar şəbəkəsində təqdim olunan kahı olub.
Laborator şəkildə təsdiqlənmiş hallarla yanaşı, ölkədə daha 12 255 ehtimal olunan yoluxma faktı da qeydə alınıb.
Siklosporoza Cyclospora adlı parazit səbəb olur. Parazit insan nəcisi ilə çirklənmiş qida və ya su vasitəsilə yayılır. Yoluxma ən çox çirklənmiş su ilə yuyulan meyvə və tərəvəzlərin qəbulu nəticəsində baş verir. Xəstəlik adətən həyat üçün ciddi təhlükə yaratmasa da, Miçiqan ştatında yanaşı xəstəlikləri olan iki yoluxmuş pasiyent həyatını itirib.
Siklosporozun əsas əlamətləri güclü ishal, qarında spazmlar, köp, ürəkbulanma, qaz toplanması, yüngül hərarət, iştahanın azalması və çəki itkisidir.
Baş verən epidemiya fonunda ABŞ-nin ən böyük qida məhsulları distribütorlarından biri olan Sysco Meksikadakı təchizatçılardan aysberq kahısının alışını dayandırıb.
Digər Xəbərlər
10 Avqust 2026 11:17
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
10 Avqust 2026 09:13
Bu 3 faktor demensiyanı 13 il gecikdirir
09 Avqust 2026 00:51
Dünyada 2,2 milyard insanın görmə problemi var
08 Avqust 2026 15:58
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər
07 Avqust 2026 09:31
Bir çox insan mədə problemi hesab edir - pankreas xərçənginin ilk əlamətiymiş
06 Avqust 2026 10:32
Ana südünü necə artırmaq olar?
05 Avqust 2026 15:30
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
05 Avqust 2026 15:29


Bakı -°C

