"Bu kimi iddiaların hamısı çirkli təbliğatın tərkib hissəsidir" - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Bakı heç vaxt öz ərazisinin qonşu dövlətlərə qarşı istifadə olunmasına imkan verməyəcək.
Adalet.az xəbər verir ki, o, bu barədə Türkiyə KİV-lərinə müsahibəsində danışıb.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın yerləşdiyi region geosiyasi baxımdan mürəkkəb olaraq qalır.
Prezidentin köməkçisi bildirib ki, ölkənin cənubunda İran, ABŞ və İsrail arasında qarşıdurma davam edir, şimalında isə Rusiya ilə Ukrayna arasında müharibə gedir.
Onun sözlərinə görə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dövlət siyasətinin əsas prinsiplərindəndir və ölkə heç vaxt öz ərazisinin hər hansı qonşu dövlətə qarşı müdaxilə məqsədilə istifadəsinə icazə verməyəcək.
Prezidentin köməkçisi Azərbaycanın İranı qardaş ölkə hesab etdiyini də vurğulayıb.
O bildirib ki, Araz çayının o tayında milyonlarla azərbaycanlı yaşayır və Bakı öz qardaşı hesab etdiyi insanlara, onların milli və dini mənsubiyyətindən asılı olmayaraq, zərər vura biləcək hər hansı hərəkətə yol verə bilməz.
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycana qarşı səsləndirilən bu ittihamların praktiki baxımdan da heç bir əsası yoxdur. Onun sözlərinə görə, belə ssenarilər texniki baxımdan da mümkün deyil. Çünki bunun üçün Türkiyə ərazisindən istifadə tələb olunardı ki, bu da istisna olunur.
"Bu kimi iddiaların hamısı çirkli təbliğatın tərkib hissəsidir", – deyə Hikmət Hacıyev vurğulayıb.
Digər Xəbərlər
13 Avqust 2026 16:04
“Xalq dərin köklərinə bağlı qalaraq, üstündə dayanaraq müasirləşəndə daha güclü olur”
13 Avqust 2026 12:56
İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13 Avqust 2026 10:56
“Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur”
13 Avqust 2026 10:51
“Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq”
13 Avqust 2026 10:40
“Kreml bu məqsədlə Rusiyanı Şimali Koreya ilə birləşdirən körpünün tikintisinə...”
13 Avqust 2026 10:38
“Yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür”
12 Avqust 2026 18:00
Naxçıvan yeni geosiyasi və iqtisadi mərhələdə
12 Avqust 2026 15:42


Bakı -°C

