Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
"Ana südü körpələrin sağlam inkişafında mühüm rol oynayır. Onun tərkibində olan yağlar, zülallar, karbohidratlar və vitaminlər uşağın ehtiyaclarına uyğun ideal nisbətdə balanslaşdırılıb".
Adalet.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Pediatrın sözlərinə görə, ana südü alimlər tərəfindən təbiətin fenomeni və "qızıl standart" kimi qiymətləndirilir. Ana südü ilə qidalanan uşaqlarda bir sıra xəstəliklərə süni qidalanan uşaqlara nisbətən daha az rast gəlinir:
"Bunlara həzm sistemi xəstəlikləri, ishal, qəbizlik, infeksion xəstəliklər, yuxarı tənəffüs yollarının infeksiyaları, sidik yollarının infeksiyaları və orta qulaq iltihabı daxildir".
Bildirib ki, ana südü ilə qidalanmanın faydaları sonrakı yaş dövrlərində də özünü göstərir. Belə uşaqlarda allergik xəstəliklər, piylənmə və II tip şəkərli diabet daha az müşahidə olunur.
Pediatr ana südünün tərkibindəki yağ turşularının beynin inkişafında və mərkəzi sinir sisteminin formalaşmasında, xüsusilə də uşağın koqnitiv inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
A.Məmmədova ana südünün yaranmasını üç mərhələyə bölüb:
"Birinci ağız südü, yəni kolostrum yaranır. Bu süd ilk 5 gündə əmələ gəlir. Daha sonra 7-14 günə qədər davam edən keçid südü gəlir. 14 gündən sonra isə yetkin süd istehsal olunmağa başlayır".
Pediatr kolostrumun körpə üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, alimlər ağız südünü "ilk peyvənd" də adlandırırlar:
"Kolostrumun tərkibində immunoqlobulin A, lizozim, laktoferrin və canlı immun hüceyrələr var. Bunlar körpə ilk sutkadan qidalanarkən burun yollarında və həzm sistemində qoruyucu təbəqə əmələ gətirir. Bu qoruyucu təbəqə sonrakı dövrlərdə müxtəlif infeksion və yoluxucu xəstəliklərin yaranmasının qarşısının alınmasına kömək edir".
O qeyd edib ki, ilk sutkalarda ana südünün miqdarı təxminən 40-50 millilitr olur. Sonrakı müddətdə isə süd istehsalı 700-800 millilitrə qədər arta bilər:
"Ümumilikdə ana südü sağlam gələcək və sağlam nəsil üçün çox gözəl başlanğıcdır".
Digər Xəbərlər
05 Avqust 2026 15:29
Doğuşdan sonra bu addım ana və körpə üçün çox önəmlidir
05 Avqust 2026 10:16
Kahı 10 mindən çox insanı xəstəxanalıq etdi - Ölkəyə idxalı dayandırıldı
04 Avqust 2026 17:47
11 aptekdə nöqsan aşkarlandı
03 Avqust 2026 09:57
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
02 Avqust 2026 15:00
Səhərlər acqarına bunu etmək faydalıdır, yoxsa zərərlidir?
02 Avqust 2026 14:19
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
01 Avqust 2026 08:36
Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər
31 Iyul 2026 17:43


Bakı -°C

