DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
2022-ci ilin dekabr ayında hüquq-mühafizə orqanlarına Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib.
Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***16:20
Tovuz rayonu ərazisində Kür çayından meyit tapılıb.
Adalet.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Kürdən kişi meyitinin tapıldığı bildirilib.
Məlumata görə, meyiti tapılan şəxs ötən il Tovuzda balıq tutmağa gedən zaman itkin düşən Eldəniz Məmmədovdur.
Digər Xəbərlər
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
15 Sentyabr 2026 11:52


Bakı -°C

