Dilan və Engin Polat cütlüyünün lüks avtomobilləri satışa çıxarılır
Türkiyədə Əmanət Depozitlərinin Sığortalanması Fondu (TMSF) Engin və Dilan Polat cütlüyünə məxsus "Milda" daşınmaz əmlak, avtomobil şirkətinin lüks maşınlarını satışa çıxarmaq barədə qərar qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, tenderə çıxarılan avtomobillər arasında "Ferrari", "Porsche", "Mercedes-Benz" və BMW kimi məşhur brendlər var və ümumi qiyməti 77 milyon Türkiyə lirəsi (3 milyon manatdan çox) olaraq müəyyən edilib.
Bildirilir ki, TMSF-nin qəyyum təyin edilməsindən sonra Polat cütlüyünə məxsus dəbdəbəli avtomobillər İstanbulda qapalı dayanacaqda 24 saat təhlükəsizlik kameralarının müşahidəsi ilə mühafizə edilir. Nəqliyyat vasitələrinin dəyəri müstəqil qiymətləndirmə qurumu tərəfindən müəyyən edilmiş bazar qiymətləri əsasında təyin edilib.
Tenderdə iştirak etmək istəyənlər ilk növbədə öz təkliflərini möhürlənmiş zərflərdə TMSF komissiyasına təqdim edəcəklər. Zərf açıldıqda ən yüksək təklif təxmin edilən qiymətdən yuxarı olarsa, hərrac mərhələsinə keçiləcək. TMSF-nin təsdiqindən sonra tender prosesi tamamlanacaq və nəqliyyat vasitələri yeni sahiblərinə təhvil veriləcək.
Tenderin 22 aprel tarixində yerli vaxtla saat 10:00-da TMSF-nin İstanbuldakı binasında keçirilməsi nəzərdə tutulub. Tenderdə iştirak edəcək şəxslər TMSF-nin internet saytından ətraflı məlumat ala və təklif şərtləri ilə tanış ola biləcəklər./oxu.az
Digər Xəbərlər
24 Sentyabr 2026 14:07
Almaz Ələsgərli: “ Bunlar müğənnini gözdən salır”
24 Sentyabr 2026 13:45
Əməkdar artist: “Əgər kimsə bu sözlərimi qəbul etmirsə...”
23 Sentyabr 2026 10:18
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
23 Sentyabr 2026 09:15
Roza Zərgərli: “O mahnılar heç nəyi sübut etmədi, amma...”
23 Sentyabr 2026 09:10
Məcid Hüseynov: “Hazırda kino üçün çox vəsait ayrılmır”
22 Sentyabr 2026 13:53
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
22 Sentyabr 2026 11:03
“Bu gün Azərbaycan küçələrində "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var”
22 Sentyabr 2026 00:06


Bakı -°C

