adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Fevral 2024 13:14
5212
MÜSAHİBƏ

“Çox adam bir-birinin üzünə baxmadan, danışmadan getdilər” - “Apatiya” filminin kordinatoru danışdı

Son günlərin film gündəminə bomba kimi düşən “Apatiya” filminin kordinatoru, yazar Miri Rəsulzadə ilə həm qala gecəsi, həm də film barəsində qısa söhbət etdik.

Adalet.az həmin söhbəti oxuculara təqdim edir. 

- Elə oldumu ki dəvət etdiyiniz qonaqlardan gəlməyən, imtina edən olsun?

Açığı siyahını tərtib edəndə ucdantutma hamıya dəvət göndərməmişik. Çağırdığımız qonaqların 98 %-i gəlmişdi. Qalan 2 % də üzürlü səbəbə görə iştirak edə bilmədi. Birinin xəstəsi oldu, biri ölkədə olmadı və s. Yazıb bildirdilər. Kinonun mözusu, mahiyyəti bir kənara (bu barədə xeyli yazılar yazıldı) mənim ən böyük uğur saydığım məsələ kino, televiziya adamları ilə ədəbiyyat (qələm) adamlarının bir araya gəlməsi oldu. Bu ilk sayılır. Həmişə kino, teatr cameəsi ayrı, qələm adamları özləri üçün ayrı düşərgə salıblar. Əslində əl-ələ verib gözəl işlər görməlidirlər. Biz çox azıq. Yaradıcı adamların, iş görə bilən adamları, şairi, yazıçını, aktyoru, rejissoru saysan 1500-2000 adam ola ya olmaz. Təbii ki, filmdə ağır səhnələr olduğu üçün (söyüş, ağır qətl və s) birmənalı qarşılanmadı. Film bitən kimi hamı tələsik çıxdı. Əslində qalada filmdən sonra insanlar bir-biri ilə söhbət edir, şəkil çəkdirir.

Başqa cür təsəvvür edirdilər. Gülüşlə, deyib-gülməklə başlayan qala sükutla sona çatdı. Gözlənilən idi.

- Bəs “Məni nahaqq çağırdın” deyən oldumu?

- Mənə deməsələr də özlərinə yəqin deyiblər - “mən niyə gəldim?”. Bizə zatən bəy tərifi gözləmirdik. Kifayət qədər tənqid edənlər, təhqir edənlər oldu. Təqdir edənlər də həmçinin. 

- Səncə ədəbiyyat-kino cameəsinin bir araya gəlməsi üçün başqa nə etmək lazımdır? Məsələn, “Apatiya” qala gecəsində qonaq dəvət etməklə addım atdı.

-Bir-birlərinin qapısını açmalıdılar. Şükür, ədəbiyyatdan çıxan ssenaristlər artıq televiziya proyektlərinə, kinolara ayaq açıblar. Məsələm Elvin Paşa, Rəşad Nağı, Pərviz Arif. Həm veriliş, həm teleserial, həm də filmlərə və s layihələrə ssenari yazırlar. Rejissorlarla işləmək lazımdı. Qeybətin, tənbəlliyin daşını atmaq lazımdı, saxta qürur kürkünü çıxarmaq lazımdı. Qələm adamları kinodan yazanda, dəstək olanda, rejissor da ssenari yazanda onlarla məaləhət edəcək. Setə dilçi çağıracaq. Yenə deyirəm, kökündə sevgi olmalıdır. 

 

Söhbətləşdi: Eminquey