"Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək" - Ceyhun Bayramov
Biz Türkiyə və Braziliyadan olan tərəfdaşlarımızla çox sıx şəkildə fəaliyyət göstəririk.
Adalet.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində deyib.
Nazir bildirib ki, Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək: “Azərbaycanın Türkiyəyə növbəti COP-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda göstərdiyi sarsımaz qardaş dəstəyini bir daha təsdiqləmək istəyirəm. COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin nümunəsidir. Bu əməkdaşlıq ardıcıllığın, iddialı iqlim maliyyəsi mexanizmlərinin və qlobal fəaliyyətin davamlılığının təmin edilməsinə xidmət edir”.
XİN rəhbəri qeyd edib ki, çoxtərəflilik planetimizin üzləşdiyi bu çağırışın öhdəsindən gəlmək üçün ən güclü alətimiz olaraq qalır və Bakı İqlim Həftəsi praktiki icraya həsr olunub.
Digər Xəbərlər
09 Sentyabr 2026 12:09
Prezident Emoməli Rəhmonu təbrik etdi
09 Sentyabr 2026 11:32
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
09 Sentyabr 2026 09:17
“Tramp və Putin telefon danışığı Ukraynaya yeni təzyiq planın tərkib hissəsidir”
09 Sentyabr 2026 09:17


Bakı -°C

