Çin sirli epidemiyanın əsiridir-Uşaqları hədəf alan xəstəliyin 3 əlaməti...
Dünyada 6 milyondan çox insanın həyatına son qoyan koronavirusun yayıldığı Çin bu dəfə pnevmoniyaya bənzər tənəffüs yolu xəstəliyinə tutulub.
Adalet.az xəbər verir ki, mütəxəssislər Danimarka və Hollandiya kimi Avropa ölkələrinə yayılan əsrarəngiz xəstəliyin mövcud dərmanlara davamlı olduğunu müəyyən edərək, əsasən uşaqlarda müşahidə edilən bu xəstəliyin üç ən mühüm əlamətini sadalayıblar. Bunlar yüksək hərarət, tərləmə, titrəmə və yüksək təzyiqdir.
Son həftələrdə Çində ortaya çıxan və bəzi Avropa ölkələrində də aşkarlanan sirli pnevmoniyaya bənzər tənəffüs yolu xəstəliyi ilə bağlı həyəcan verici açıqlamalar verilməkdə davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının Çindən izahat tələb etdiyi epidemiya xəstəliyi bəzi Avropa ölkələrində göründüyü halda, mütəxəssislər bu xəstəliyin mənşəyi ilə bağlı bəzi açıqlamalar verib. Bəzi ekspertlər bu xəstəliyin 1800-cü illərdən qalma sətəlcəm virusundan qaynaqlandığının və ya bir çox fərqli virusun qarışığı olub-olmamasının hələ müəyyən edilmədiyini açıqlayıb.
Mütəxəssislər bu sirli yeni xəstəliyin mövcud dərmanlara davamlı olduğunu müəyyən ediblər. Koronavirusa bənzər xəstəliyin Danimarka, Hollandiya kimi Avropa ölkələri ilə yanaşı, Hindistanda da müşahidə edildiyi və bunun xüsusilə uşaqlara təsir etdiyi bildirilib.
Avropada əsasən uşaqlara təsir edən xəstəliklə bağlı elmi araşdırmalar dərc edən “ZME Science” media orqanının baş redaktoru Mihai Andrei bildirib ki, bu virus normal olaraq pnevmoniyaya bənzər xəstəlikləri sağaldan dərmanlara davamlıdır. Bəlkə də müqavimət artıb. Andrey Çinin bəzi şəhərlərini viran qoyan xəstəliyə qarşı müqavimət nisbətinin yüzdə 70-90 arasında olduğunu da açıqlayıb.
İngilis mediasında yer alan xəbərlərdə əsasən uşaqlarda görülən bu sirli xəstəliyin birdən çox kritik əlaməti olduğuna diqqət çəkilib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
04 Oktyabr 2026 18:08
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? - Ən sağlam yuxu pozisiyası bəlli oldu
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
03 Oktyabr 2026 10:23
Gündə 10 min addım qaydası süqut etdi
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43


Bakı -°C

