Çox yatmaq təhlükəli xəstəlikdir
Psixoloq Fundem Ece Kaykaç gecə kifayət qədər yatmasına baxmayaraq gündüzlər də yatmaq istəyinin Narkolepsi(Excessive Daytime Sleepiness (EDS)xəstəliyinin əlaməti olduğunu bildirib. Onun bildirdiyinə görə bu halda içdiyiniz qəhvələr belə sizin yuxunuzu qaçırmırsa mütləq həkimə görünməlisiniz. Bu xəstəlik insanlar arasında çox bilinmədiyinə görə adətən onlar həkimə müraciət etmir. Gündüzlər normadan artıq yatmaq istəyi psixiatrik xəstəlikdir. Xalq arasında bu durumda olan insanlara yatağan deyilsə də, bu, düşündüyümüz qədər bəsit deyil. Bu, insanı gündəlik həyatından qoparan, eyni zamanda müalicəsi olmayan xəstəlikdir. Bununla belə bəzi müalicə kursları ilə xəstəliyin dərəcəsini azaltmaq mümkündür.
Gecələr yatmasına baxmayaraq gündüzlər yatmaq istəyi, insanlar arasında, cəmiyyətdə yatmaq həvəsi və ya yatmaq onların həyatları üçün təhlükəlidir. Bu zaman onlar yaralana, həyatlarından məhrum ola bilərlər. Xəstəliyin daşıyıcılarında əzələlər öz funksiyasını itirməyə başlayır, nitqləri tam başa düşülmür, boyun və dizlərin zəifləməsi baş verir.
Bu xəstələr hədsiz yuxu həvəsinə görə şəxsi və karyera həyatında uğursuzluğa düçar olur, bir çox yöndən məhdudlaşmış həyat yaşamağa məcbur olurlar. Xəstəliyin daşıyıcısı olmaqda irsiliyin payı böyükdür.
Indiyə kimi bu xəstəliyin dəqiq səbəbi tapılmayıb. Ona görə də mütəxəssislər irsi xəstəlik olmasının üzərində dayanırlar. Xəstəliyi üzə çıxarmaq üçün laboratoriya və digər üsullardan istifadə edirlər.
Müalicəsində dərman və digər yardımçı üsullardan yararlanılır. Bu xəstəlik zamanı yuxu iflici ola bilərsiniz, qarabasmalar görə bilərsiniz. Yuxu iflici yuxudan oyandıqdan sonra bir müddət danışa bilməmək və hərəkət edə bilməməkdir.
Emin
Digər Xəbərlər
07 Iyun 2026 00:17
Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
06 Iyun 2026 18:58
Bu əlamətlər arağın bədənə “düşmədiyini” göstərir
06 Iyun 2026 14:39
Sirkə və suyu qarışdırıb... - Ayaq qoxusuna qarşı
05 Iyun 2026 17:54
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
05 Iyun 2026 11:46
100-dən çox şəxs sosial xidmətlərdən yararlandı
04 Iyun 2026 10:47
Hər donor qanı hansı yoxlamalardan keçir? - AÇIQLAMA
04 Iyun 2026 10:31
Valideynlərin bilməli olduğu vacib məqam: yenidoğulmuşlarda qan qrupu necə təyin edilir?
03 Iyun 2026 08:44


Bakı -°C

