adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Iyul 2020 15:37
102076
LAYİHƏ

BÜTÜN ZAMANLARIN İLYAS ƏFƏNDİYEVİ

Hərdən fikirləşirəm ki, qələmadamları, xüsusilə BÖYÜK SÖZÜN BÖYÜK CƏFAKEŞLƏRİ xalqına, elə sözün özünə xidmətetmək yükünü çiyinlərinə götürməsəydilər həyatımız necə də bomboz, mənasızolardı. Axı insan həyatını mənalandıran təkcə ətraf mühit, təbii mənzərə vəyaxud tikilən binalar, çəkilən yollar, salınan körpülər və digərləri deyil. Mənimdüşüncəmə görə, insan ömrünün ən mənalı məqamı sözlə baş-başa qalması, sözdənqidalanması, sözdən yararlanması hallarıdı. Yəni elm, ədəbiyyat, incəsənətözünü ifadə etdiyi sözdə, fikirdə insan ömrünü şərəfləndirir, həttaqidalandırır da.

Bax, bu mənada düşünən insanınhəyatının bir parçasına çevrilən böyük söz istənilən yerdə, istənilən məqamdaköməkçiyə də, məsləhətçiyə də, hətta ümidə də çevrilə bilir. İnsanın formalaşıbyolunu, məramını müəyyənləşdirməsində köməkçi olur, onun ideyalarını cilalayır,yoluna işıq salır.

Mən həyatda böyük söz yaradaninsanların bir neçəsi ilə yaxından, uzaqdan təmas qura bilmişəm. Onlarınarasında xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Süleyman Rüstəm, XəlilRza, Qabil, xalq yazıçısı Bayram Bayramov, İlyas Əfəndiyev və eləcə də bu gün əsərlərinimaraqla oxuduğum bir çox qələm adamları ilə olan şəxsi tanışlığım həyatımın ənönəmli anları, ayları, illəridi. Çox qəribədi ki, şəxsən tanıdığım bu sözadamları içərisində xalq yazıçısı İlyas Əfəndiyevlə Akademik Milli DramTeatrında qarşılaşmışam.

Və ilk dəfə onu lap yaxından,üzbəüz "Unuda bilmirəm" tamaşasının premyerası zamanı əyləşdiyilojanın arxasından görmüşəm. Beləcə, ilk dəfə yaxından gördüyüm İlyas Əfəndiyeviisə lap çox-çox əvvəl, hələ Tuğ kənd orta məktəbində oxuduğum illərdə mütaliəedib, sevib, yaradıcılığından zövq almışam.

İndi xatirələrə üz tutanda ortaməktəb illərində xüsusi çəkisi olan məktəb və kənd kitabxanasının dəyərini heçnə ilə dəyərləndirə bilmirəm. Çünki bu kitabxanaların zəngin və rəngarəng müəllifmühiti məni hər gün özünə çəkirdi və az qala hər gün yeni bir kitabı oxuyubbaşa vurmağa çalışırdım. Özü də təkcə özüm oxumurdum, həm də bu kitablar mənimsinif yoldaşlarımla olan bir səmimi yarışmamızın obyektinə çevrilmişdi. Hamımızdaha çox oxumaq və oxuduqlarımızı da müzakirə etmək üçün yazılmamış bir yarışıniştirakçısına çevrilmişdik. Oxuduğumuz əsərlərin qəhrəmanları dilimizin əzbəri,müəllifləri isə bizim sevimli məsləhətçilərimiz, həyatımıza işıq salan insanlaridi. Bu sırada İlyas Əfəndiyev və onun əsərləri birinci yerlərin şəriksizsahibi idi. Çünki həyatımızın kəndlə bağlı ən gözəl çağlarını özündə əks etdirən"Kənddən məktublar" və "Aydınlıq gecələr" kitabları bizə kəndiyenidən sevdirir, yenidən tanıdırdı. Burada oxuduğum "Apardı sellərSaranı" hekayəsi mənə yaşlıların dilindən eşitdiyim qədim bir rəvayətinçox orijinal, şirin və yaddaqalan, həm də inandırıcı bir təqdimatı idi. Mən bu əsərioxuyarkən yaşımın az olmasına baxmayaraq, həmin o əfsanə ilə, müəllifi çoxböyük yazıçımız olan İlyas Əfəndyevin "Apardı sellər Saranı" əsərinimüqayisə etməyə, hətta sərbəst inşa yazısında onun müəyyən detallarındanistifadə etməyə çalışmışdım.

Orta məktəbin yuxarı siniflərindəən çox oxuduğumuz və böyük həvəslə müzakirə etdiyimiz ədəbiyyat müəllimimizin təşəbbüsüilə məktəbdə yaradıcılıq gecəsini keçirdiyimiz İlyas Əfəndiyevin"Körpüsalanlar" və "Söyüdlü arx" romanları sözün bütün mənalarındabizi öz aurasına alan bir gerçək mühit idi. Elə bir mühit ki, biz ondanqidalanırdıq, ondan öyrənirdik. Hətta bəzilərimiz bu əsərlərin qəhrəmanlarınıözümüzə ideal da seçmişdik. Oxuyub hafizəmizə köçürdüyümüz, yaddaşımızdayaşatdığımız "Dağlar arxasında üç dost" romanı da məhz bizim gənclikillərimizin sevilən əsərlərindən idi.

Həyatımın kitabla, bədii ədəbiyatlabağlı dönəminin ikinci mərhələsində İlyas Əfəndiyevin "SarıköynəkləValehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan","Xan çinar" romanları xüsusi yer tutur. Birmənalı deyə bilərəm ki,"Geriyə baxma, qoca", "Üçatılan" romanları təkcə mənimdeyil, hətta evdə kitaba marağı olan yaşlı atamın və digər ağsaqqalların dadiqqətini çəkmişdi. Çünki onlar bu əsərlərdə adları keçən bir çox insanların həyatdamövcud olduğunu söyləməklə müəyyən faktların da həqiqətə söykəndiyini, yəni əsərinbaşdan-başa bədii təxəyyülün məhsulu olmadığını, əksinə, xalq yazıçısı İlyas Əfəndiyevinhəyat gerçəkliyini, faktları öz ustad qələmi ilə böyük sözün zirvəsinə qaldırabildiyini görməklə bununla fəxr edirdilər və bildirirdilər ki, bax, əsl yazıçıbelə olar. Yəni həyatda gördüyünü həyatda yaşayanlara öz şirin və bədii təfəkkürünündili ilə yenidən, özü də tamam fərqli bir formada çatdıra bilər.

Doğrudan da bədii söz ürəyə yoltapanda ömrü uzanır, illərə, qərinələrə calanır. Mən Azərbaycandramaturgiyasında öz erası olan İlyas Əfəndiyevin təkcə əsərlərinin siyahısınıgözdən keçirəndə istər-istəməz içimdəki bir inamı yenidən yaşayır və yenidəndilə gətirirəm. Mən inanıram ki, nə qədər Azərbaycan teatrı, Azərbaycan səhnəsivar, İlyas Əfəndiyevin əsərləri də olacaq, yaşayacaq, tamaşaçıları öz ətrafınayığacaq və beləcə İlyas Əfəndiyevi də yaşadacaqdı. Bir anlıq "Unuda bilmirəm","Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllursarayda", "Hökmdar və qızı", "Sən həmişə mənimləsən","Xurşid Banu Natəvan", "Şeyx Xiyabani", "Sevgililərincəhənnəmdə vüsalı", "Atayevlər ailəsi" və digər əsərləri gözönünə gətirib o illərə, o əsərlərin səhnəyə qədəm qoyduğu zamana qayıdıram.Özümdən asılı olmayaraq, İlyas Əfəndiyevin əsərlərinə səhnə həyatı bəxş edən Azərbaycanınünlü sənət adamlarını, aktyorları, rejissorları xatırlayıram. Həmin əsərlərdə səslənənmusiqiləri sanki dinləyirəm. O əsərlərin təkcə tamaşaçısına yox, həm dəiştirakçısına çevrilirəm. Bu isə böyük yazıçının öz qələminin gücü iləoxucusunun yaşatmaq və yaşamaq inancını gücləndirməsi, qüvvətləndirməsi və bəzəndə bu hissi ona çox rahat, könül xoşluğu ilə bağışlamasının nümunəsidi. Beləki, İlyas Əfəndiyev hər bir əsərində hər bir qəhrəmanının timsalında oxucusunugörür, duyur, qiymətləndirir, yaşadır. Onun əsərləri təkcə kitab rəflərini bəzəmir,həm də ürəklərdə özü üçün ayrıca bir guşə yaradıb. Bu guşənin gülüstan olmasıartıq öz hökmünü tapıb, öz təsdiqini gerçəkləşdirib. Belə ki, Azərbaycan adlı məmləktinbütün coğrafiyasını, tarixini, əxlaqını, mənəviyyatını, adət-ənənəsini,bütövlükdə varlığını özündə əks etdirən bu əsərlər artıq bütün Azərbaycanınmülkiyyətinə, sərvətinə, varidatına çevrilib.

Deməli, bu milliləşmə, bu bəşəriləşməvə bütövlükdə əsərlərin sevilib ürəklərdə, könüllərdə özünü yaşatması Tanrınınİlyas Əfəndiyevə böyük sevgisi ilə yanaşı, İlyas Əfəndiyevin də xalqına, xalqınında ona güvəncinin həyat gerçəkliyidi. Bu gerçəklik isə İlyas Əfəndiyevi dünənyaşatdığı kimi bu gün də yaşadır, sabah da yaşadacaq. Biz ondan yalnız cismənayrılmışıq.

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.